Cəfər Cəfərov necə gərginlik yaradır - İDDİA
10-08-2016, 10:47
Oxunub: 4 779
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kütləvi ixtisarlara başlanıb
Bu barədə Savash.org-un redaksiyasına sözügedən ali məktbədəki etibarlı mənbədən məlumat verilib.
Xəbərdə deyilir ki, yeni rektor professor Cəfər Cəfərov “universitetin kadr potensialını gücləndirirəm” bəhanəsi ilə ixtisar göstərişi verib: “ Həm də Azərbaycan Müəllimlər İnstitutu (AMİ) ADPU nin tərkibinə qatılıb, ki, bu da, universitetin büdcəsinə ciddi ziyan vurub. Ona görə də, yeni rektor ixtisar qərarına gəlib. Lakin yeni rektorun addımları universitet daxilində ciddi etirazlara səbəb olub. AMİ –də çalışan prorektorlar C.Cəfərovla görüşüb, ixtisarları dayandırmasını xahiş etsələr də, yeni rektor qərarının dəyişilməz olduğunu və ixtisarların hökmən reallaşacağını diqqətə çatdırıb”.
Qaynağımız onu da əlavə edib ki, ixtisara düşən müəllimlər etiraz aksiyasına hazırlaşırlar: “ Onların arasında banklara kredit borcu olanlar var. Həmin müəllimləri işdən azad etmək onları zülmün pəncəsinə vermək kimi bir şeydir. Amma yeni rektor artıq qərarının dəyişilməz olduğunu söyləyib. Əlbəttə, bu ciddi narazılara səbəb olacaq. İşdən azad olunan müəllimlərin sonrakı taleyinin acınacaqlı olacağını bilə-bilə bu cür adımlar atmaq doğru deyil”.
Yeni rektorun bundan əvvəl Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru vəzifəsində çalışdığını söyləyən mənbəmiz iddia edir ki, C.Cəfərov ATMU dakı komandasını ADPU -ə daşıyır: “Məsələn, ADPU - in kadrlar şöbəsinin rəhbərini işdən azad edib, əvvəllər ATMU- nin kadrlar şöbəsində çalışan Aftandil müəllimi gətirib. Bir sözlə ADPU də təmizləmələrə başlanıb Və C.Cəfəro öz kadrlarını ATMU- dan ADPU-ə daşıyır.”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər