BolgeXeber.Com » Ölkə » Heydər Əsədovla bağlı ilginc iddia - Nazir kimin təsir dairəsindədir?

Heydər Əsədovla bağlı ilginc iddia - Nazir kimin təsir dairəsindədir?

10-08-2016, 15:50
Oxunub: 3 198 Heydər Əsədovla bağlı ilginc iddia - Nazir kimin təsir dairəsindədir? Məlum olduğu kimi, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla əlaqədar geniş kollegiya iclası keçirilib

Kollegiya iclasında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Famil Nəsibovun yol verdiyi qanunsuzluqlar müzakirəyə çıxarılaraq müvafiq qərar qəbul edilib. İclasda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov institutda kadrların seçilib yerləşdirilməsində yol verilən yanlışlıqları etiraf edərək bildirib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda kadrların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlaraına çoxsaylı müraciətlər daxil olur. Bu səbəbdən institut rəhbərliyinin fəaliyyətinin kollegiya iclasında müzakirəsinə ehtiyac olduğunu bildirən nazir əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda, eləcə də elmi-tədqiqat institutlarında kadr seçimində yalnız yüksək peşəkarlıq, idarəetmə təcrübəsi əsas meyar kimi götürüləcək. Mövzu ilə bağlı Gundelik-Baku.com-u bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi direktor vəzifəsini müvəqqəti olaraq Famil Nəsibova həvalə etməklə ciddi yanlışlığa yol verib. İnstitut rəhbərliyi yuxarı qurumların diqqətsizliyindən və məsuliyyətsizliyindən sui-istifadə edərək elmi-tədqiqat institutunun işgüzar nüfuzuna ciddi zərər vuran hərəkətlərə yol verib. İnstitutun stuktur vahidləri arasında təkrarçılığın aradan qaldırılması, elmi-tədqiqatların aparılmasında çevik idarəetmə və nəzarət mexanizminin müasir tələblər səviyyəsində formalaşdırılması, həmçinin gənc və perspektivli kadrların işə cəlb edilməsi məqsədilə məyyən edilmiş fəaliyyət proqramı yerinə yetirilməmişdir. Belə ki, direktor vəzifəsini müvəqqəti icra edən F.Nəsibov ona göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməyib, kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə üstünlük verib, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi imici ilə tanınan şəxsləri işə götürüb. Kollegiya iclasında məsələ ilə əlaqədar təəssüflə qeyd edilib ki, əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən azad edilmiş Süleyman Abdullayev direktorun tələbə yoldaşı olduğuna görə Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin edilib. Nazirlik səviyyəsində məsələyə yenidən baxılaraq onun tutduğu vəzifədən azad edilməsi qərar alınsa da, F.Nəsibov onu iribuynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının elmi işçi vəzifəsinə təyin edib. Bundan əlavə, müxtəlif dələduzluq əməllərinə görə dəfələrlə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxs Elmi-Tədqiqat İnstitutunun Yemləmə, yem istehsalı və məhsulların elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə yol tapa bilib. Nəticədə Nizami Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri institutda və digər təşkilatlarda “işə düzəlmək” bəhanəsi ilə aldada bilib. Elmi-tədqiqat institutunda qeyri-əməli ab-havanın və biabırçı auranın formalaşmasında Heydər Əsədovun da ciddi məsuliyyət daşıdığını önə çəkməyə ehtyac var. Belə ki, kənd təsərrüfatı naziri əslində elmi-tədqiqat institunda hökm sürən korrupsiogen vəziyyətin vaxtında qiymətləndirilməsini təmin edə bilməmiş, əslində məsələ ilə bağlı tam məlumatsızlığını biruzə vermişdir. Bu isə nazirin imicinin xeyli ziyan çəkməsinə səbəb olmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası gec də olsa Famil Nəsibovun və onun "komandasının" fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Lakin, nədənsə, sözügedən qərarın Rəsul Balayevə sanki heç bir dəxli olmayıb. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsi məqbul hesab edilib. Eyni zamanda, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə xəbərdarlıq edilib. Yeri gəlmişkən, Rəsul Balayev İsmayıllının icra başçısı Mirdamət Sadıqovun həyat yoldaşının qardaşıdır.Onun mümkün cəzadan qurtulmasının əsas səbəbi kimi də, elə Mirdamət Sadıqovla yaxın qohumluq əlaqələrinin rol oynadığına şübhə yoxdur.Bəzi məlumatlara görə, məsələ ilə bağlı Mirdamət Sadıqov dəfələrlə Heydər Əsədovla müzakirələr apararaq Rəsul Balayevi xilas etməyə çalışıb. Görünür, İsmayıllının icra başçısı bu istəyinə nail ola bilib. Kollegiya iclasında Nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinə, hüquq, kadr və yerli orqanlarla iş şöbəsinə müvafiq tapşırıqlar verilib. Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda maliyyə, əmək və icra intizamına əməl olunmasının vəziyyətini də yerində araşdırıb kənd təsərrüfatı nazirinə məlumat verməlidir. Məlumat üçün bildirək ki, Rəsul Balayev 1956-cı ildə İsmayıllının Lahıc qəsəbəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitiriib. 1987-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında “Şəhərətrafı aqrar-sənaye kompleksinin istehsal strukturunun optimallaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi, 2001-ci ildə Bakı Dövlət Universitetinin İxtisaslaşdırılmış Şurasında “Urbanizasiya zonalarının ərzaq problemi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. Əmək fəaliyyətinə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (Azərbaycan Dövlət İqtisad Universitetində) başlayıb, burada müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.Bəzi məlumatlara görə, Rəsul Balayevin alimlik statusu əldə etməsində Mirdamət Sadıqovun xüsusi rolu olub. Hətta iddialar da var ki, Rəsul Balyevin elmi işinin hazırlanması prosesində Mirdamət Sadıqov birbaşa əmək sərf edib.Rəsul Balayevin 2011-ci ildən YAP-a üzv qəbul edilməsinin də deyiilənə görə təşəbbüskarı məhz Mirdamət Sadıqov olub. Belə ki, Mirdamət müəllim Bakıya, mühüm nazir postlarından birinə transfer olunmasını asanlaşdırmaq naminə qaynınən yaxın gələcəkdə İsmayıllı rayonuna icra başçısı gətirilməsi məsələsinin də gündəmə gətirilməsinə çalışıb. Rəsul Balayevin Kənd Təsərrüfatı Nazirinin müşaviri vəzifəsində çalışması, onun sonradan Mirdamət Sadıqovun vasitəçiliyi ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbərliyinə gətirilməsi Heydər Əsədovu da qane edirmiş. Lakin, sonradan üzə çıxan problemlər göstərib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yaranmış vəziyyətə görə onun da məsuliyyəti az deyil.Bununla belə, instituta rəhbərliyin Rəsul Balayevə tapşırılması kənd təsərrüfatı nazirinin Mirdamət Sadıqovun təsiri altında qərar verdiyinə bir işarə ola bilər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.