BolgeXeber.Com » Ölkə » Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO

Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO

13-08-2016, 12:23
Oxunub: 2 759 Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTOHoradiz şəhərində Muğam Mərkəzində rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhaliyyə göstərilən xidmətin keyfiyyətinin artırılmasına həsr olunan müşavirə keçirildi

Bolgexeber.com
xəbər verir ki,müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr, sahibkarlar, kənd təsərrüfatı məhsulları istehsalçıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışdı. Bildirdi ki, Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarım ilinin yekunlarına həsr olnmuş iclasında respublikada iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, respublika əhalisinin strateji məhsullara olan tələbatının idxaldan asılılığını maksimum səviyyədə azaltmaq, daxili imkanlar hesabına ödənilməsini təmin etmək barədə verdiyi göstəriş və tapşırıqların icrası Füzuli rayon İcra Hakimiyyətinin də qarşısında duran ən vacib məsələlərdən biridir.
Alı Alıyev qeyd etdi ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, həyətyanı və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı artıq konkret işlər görülür.
“Ötən il rayonda 35 min 818 hektarda taxıl yetişdirilib və rayon tarixində ilk dəfə olaraq 120 min 337 ton taxıl tədarük edilib. Dövlət başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq cari ildə rayonda 505 hektar sahədə pambıq əkilib. Növbəti ildə isə bu rəqəmin 1500 hektara çatdırılması nəzərdə tutulur. Bu il uzun fasilədən sonra rayonda baramaçılığın inkişafına başlanılıb və 3 tondan artıq barama istehsal olunub. Növbəti ildə bu rəqəmin 30 tona çatdırılması planlaşdırılır. Bunun üçün hazırlıq işlərinə başlanılıb. Rayonun kəndləri üzrə kümçülər müəyyənləşdirilib. Rayon ərazisində olan tut ağacları budanıb. Payızda əlavə çəkil ağaclarının əkilməsi nəzərdə tutulub.”,-deyən Alı Alıyev bildirib ki, rayon sakinləri həyətyanı və pay torpaqlarından səmərəli istifadə edərək, özlərinin kənd təsərrüfatı məhsullarına, o cümlədən heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan təlabatlarını yerli istehsal hesabına ödəyirlər. Kəndlilər istehsal etdiyi artıq məhsulları daxili bazarlarla yanaşı respublikanın digər şəhər və rayonlarındakı bazarlara da çıxararaq, ölkədə ərzaq bolluğu yaradılmasına öz töhfələrini verirlər.
Diqqətə çatdırılıb ki, rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları üçün Zobucuq qəsəbəsi ərazisində bazarın tikintisi başa çatmaq üzrədir. Horadiz şəhərində 10 hektar ərazidə istixana kompleksinin inşasına başlanılıb. Rayonun Haramı ərazisində 4 min hektar sahədə iri taxılçılıq təsərrüfatının və 10 hektar ərazidə sənaye məhəlləsinin yaradılması üçün hazırlıq işləri görülür. Sənaye məhəlləsini xammalla təmin edəcək 2700 hektar sahə müəyyənləşdirilib. Burada soya, qarğıdalı, pambıq və digər bitkilər becəriləcək.
Müşavirədə növbəti il üçün taxıl, bambıq əkini, barama saxlanması ilə bağlı məsələlər müzakirə edilib, əhalinin elektrik enerjisi, qaz, içməli və təsərrüfat suyu ilə təminatı, sosial problemlərinin həlli, yol infrastrukturunun yaxşılaşdırılması, səhiyyənin, təhsilin, sahibkarlığın inkişafı, süni qiymət artımının qarşısının alınması məsələləri ətraflı təhlil olunaraq, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO
Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO
Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO
Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO
Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO
Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO
Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi-FOTO