BolgeXeber.Com » Ölkə » Daha bir şəhidimizin həyat yoldaşı üsyan etdi – Uşaqları nə ilə məktəbə yola salım?
Daha bir şəhidimizin həyat yoldaşı üsyan etdi – Uşaqları nə ilə məktəbə yola salım?
15-08-2016, 12:31
Oxunub: 3 825
Aprel döyüşlərində səhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva çıxılmaz vəziyyətdədir
Bu haqda tanımış jurnalist İradə Cəlil məlumat verib. Onun dediyinə görə, şəhidin həyat yoldaşı Vüsalə Tağıyevanın sənədləşdirmə işində probləm yaranıb. Şəhidin xanımı jurnalistə deyib: “Qeydiyyatım Mingəçevirədir, yoldaşımın qeydiyyatı Şəkiyədir. Xəstə olduğuma görə tez-tez maşın tutub Şəkiyə gedə bilmirəm. Mənim o qədər pulum da yoxdu ki, yollara pul töküm. Mən heç bir sənəd ala bilməmişəm. Mingəcevir İcra Hakimiyyətinə gedirəm deyirlər get Şəkiyə, Şəki İcra Hakimiyyətinə gedirəm deyirlər “get Bakıya” . Mən yollarda qalmışam. Mən yasımla məşğul olum, yoxsa yollarda can çürüdüm. Bir nəfər gəlsin maraqlansın Rahim rəhmətə gedəndən sonra üstümə neçə dəfə Təcili Yardım gəlib. Bəs mən insan deyiləm? Dərdimi kimə deyim? Dövlətin bir adam yoxdurmu ki, mənimlə maraqlansın?”
V.Tağıyeva şəhid ailəsinə olan diqqətsizlikdən də şikayətlənib: “Təkbaşına 3 uşağa baxıram. Müdafiə Nazirliyi niyə şəhidi ilə maraqlanmır? Niyə maraqlanmırlar? Məktəb açılır, mən bu uşaqlara heç nə almamışam. Mən bu uşaqları nə ilə məktəbə yola salım? Atam yox, qardaşım yox. Təkbaşına, pulsuz 3 uşaqla Bakıya necə getməliyəm? O gün mənə həkimdən mənə dərman yazıblar, ala bilməmişəm. Niyə bizim ailə ilə maraqlanan yoxdur? Bu gün mən 3 uşağa tək başına necə baxım???? Rahim sağ olsaydı özü öz balalarına baxacaqdı. Mən neyləyim? Mən xəstəyəm, Şəkiyə getmişəm halım dəyişib, yoldaşımın qəbri üstünə gedirəm halım pisləşir. Qalmışam iki rayonun arasında”.
Xatırladaq ki, Rahim Tağıyev aprel döyüşlərində ağır yara almışdı, 3 aylıq həyat mücadələsindən sonra dünyasını dəyişmişdi (azxeber.com).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər