Deputat sələmçilik fəaliyyəti ilə bağlı niyə susur?
16-08-2016, 14:59
Oxunub: 3 688
Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti haqda günlərdir ki, məlumatlar dərc olunur
Maraqlıdır ki, deputat yazılanlara münasibət bildirməyə tələsmir. Rüfət Quliyevin sələmçilik fəaliyyəti üzərindən öz 40 illik mərhum dostunun ailəsinə məhkəmə davası açması xəbəri də daxil olmaqla, ötən günlər ərzində bu mövzuda yazılan xəbərlərin hər birinə deputatın münasibətini öyrənməyə cəhd etmişik.
Deputatın vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a açıqlamasında bunu deputatın xaricdə olması ilə izah edib. Deyib ki, deputat xaricdədir. Deputatın mobil telefonuna etdiyimiz israrlı zənglər də cavabsız qalıb. R.Quliyev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olmaqla yanaşı, 1999-cu ildən “European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sədridir. Bu baxımdan, “European Tobacco Baku”nun 490-30-18 nömrəsi ilə əlaqə saxladıq. Xəttin əks tərəfindən kimliyimizi öyrənib bildirdilər ki, Rüfət Quliyevlə calaşdıracaqlar. Az sonra isə R.Quliyevin ofisdə olmadığını bildirdilər. Sonrakı zənglərimizdə də R.Quliyevlə danışıb barəsindəki sələmçilik ittihamlarına onun münasibətini öyrənə bilmədik.
Bir daha qeyd edək ki, Milli Məclisin üzvünün faiz davasına avqustun 18-də Səbayel Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq. R.Quliyev 40 illik dostu olmuş mərhum Namiq Səfərovun dul həyat yoldaşına qarşı iddia qaldırmaqla onun əmlaklarına həbs qoydurub. Bu məsələ ictimailəşəndən sonra məlum olub ki, Rüfət Quliyevin əsas fəaliyyət istiqaməti sələmçilikmiş.
Bir daha diqqətə çatdırırıq ki, deputatı dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər