NBCBank müştəriləri aldadır...? - ŞİKAYƏT VAR...
18-08-2016, 14:26
Oxunub: 4 027
BakuNews.az-a NBCBankla bağlı ilginc faktlar daxil olub. Beləki Nissan JUK markalı avtomobilin Lizinq kreditlə götürən vətəndaş hüquqlarının pozulduğunu iddia edir. Xanım müştəri Nurgün Motors şirkətindən əldə etdiyi Nissan JUK avtomobili mənzilinin qarşısından şirkət tərəfindən oğurlanıb.
Xanım müştəri redaksiyamıza bildirib ki, avtomobili evinin önündə saxlayıb və rayona hüzürə getdiyindən banka ödəniş gecikib. Bunu fürsət bilən NBCBank əməkdaşları idarə etdiyim avtomobili mənim iştirakım olmadan evimin qarşısından oğurlayıblar. Övladlarımın evin çölündə maşını görməməsi nəticəsində rayona mənə xəbər edərək avtomobilin yoxa çıxdığını xəbər veriblər. Yas mərasimindən qayıdaraq avtomobilimi evimin yaxınlığında NBCBankın həyətində gördükdə təcübləndim. 23 Noyabr 2015-ci ildə baş vermiş bu məsələylə bağlı Nərimanov rayonunda yerləşən NBCBank müdiri Emil bəylə görüşdüm onlar mənə 20 gün gecikmən olduğu üçün maşını biz götürmüşük dedi. Bundan sonra avtomobilimi geri almaq üçün nə etməli olduğumu soruşduqda məndən 360 manat əvəzinə 2000 manat ödədikdən sonra avtomobili götürə biləcəyimi söylədi. Hal hazırda 8 aydır bank tərəfindən rüşvət qarşılığında avtomobilimi verecəkləri idia edilirdi. Sonralar isə Arzu bəylə görüşdüm o isə həmin 99-AF-122 dövlət qeydiyyatlı avtomobili 4000-4500 ödəyəcəyim halda maşını mənə qaytaracaqlarını bildirdilər.
Nəzərinizə çatdırmaq istəyirik ki, xanım müştəri yeni avtomobili salondan götürərkən 20000 km yol getməsi monitorda gördüyü halda satıcıya sual edib ki bu niyə bu qədər sürülüb. Satıcı isə Nurgün motors şirkətinin sıfır km. avtomobilinin xarici ölkədən Azərbaycana sürülərək gətirildiyin bildirib. Xanım isə buna inanaraq avtomobili götürüb amma xanımı yenidən burda aldadıblar. XƏZƏR LİZİNQ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Etibarnamə verdiyi avtomobildən xəbərsiz olub. 99-AF-122 dövlət qeydiyyatlı avtomobilin əvəzinə xanıma 99-AF-728 nömrəli avtomobili etibar edib. Xanım müştəri isə həmin etibarnaməyə əvvəl baxmayıb sonradan başına gələnlərin araşdırmaq qərarına gəldikdə gördüklərinə inanmayıb. Etibarnaməni belə səhv verən bu qurumlar indi xanımı pulun 20 gün gecikməsi nəticəsində avtomobilsiz qalmasına səbəb olublar.
Müştəri S.T (şokayətçi xanım adının hələlik açıqlanmasını istəmir) bildirir ki, avtomobilində sənətləri və qızıl zinət əşyaları olduğu təqdirdə 8 aydır nə avtomobilinə yaxın getməyə izin verilər nədə onun əşyalarını qaytarmaq istəmirlər. 12.000 manat dəyərində olan əşyalarını onun izni və iştirakı olmadan avtomobildən boşaldıb və həmin avtomobili 14490 manata satıblar.
Vətəndaşın şikayəti üzrə hal-hazırda Bankın müdür vəzifəsini daşıyan şəxslə Arzu bəylə görüşdük o isə bildirdiki istəsəydim xanıma elə bir akt tərtib edərdim ki, xanım bizə əlavə maşına dəymiş ziyanları ödəmək məcburiyyətində qalardı.
Arzu bəyə sual etdik: Siz xanımdan geri aldığınız maşın hal-hazırda satdığınız halda necə xanıma akt tərtib edə bilərsiniz qanunsuzluqa niyə yol açmısız...? Avtomobildə olan əşyalar götürülərkən xanım müştəriniz və yaxud hansısa nümayəndəsi olubmu hal şahidi olaraqdan...? Arzu bəyin geri aldığı avtomobiləri satışa çıxaran menecerlərindən biri biz boşaltmışıq maşını və özümüzün hal şahidlərimizlə birgə. Yenidən sual etdik bəy xanım və ya xanımın nümayəndəsini dəvət etdinizmi...? cavab venədə kobud səsləndirlərək ehtiyacımızda yox idi. Özümüzün şahidimiz var idi boşaldıq deyə yenidən cavab verildi. Və bütün bunlara baxmayaraq xanımın zinət əşyaları və sənətləri hətta bizim iştirakımızla özünə verilmədi.
Araşdırmamız davam edir
Yazıda adları çəkilən hər bir şəxsin və ya idarənin mövqeyin dərc etməyə hazırıq..
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər