“Azərsu”ya qarşı 50 min manatlıq təzminat iddiası
20-08-2016, 09:48
Oxunub: 3 733
5 torpaq mülkiyyətçisinin hər birinin iddia tələbləri müxtəlifdir
“Azərsu” Səhmdar Cəmiyyətindən şikayətçi olan torpaq mülkiyyətçilərinin iddiası üzrə iş 5 ilə yaxındır ki, davam edir. Qəbələdən olan mülkiyyətçilər səhmdar cəmiyyətdən 50 min manatdan artıq təzminat tələb edirlər.
Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev deyib.
A.Quliyev bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəməri 6 ildir istifadəyə verilsə də, mülkiyyətçilərə dəyən zərər indiyədək ödənilməyib. “Məhkəmə “Azərsu”nun müxtəlif bəhanələri ilə uzadılır. Halbuki mülkü iddia ən geci 6 aya qədər bitməlidir. Məhkəmə araşdırmaları, ekspertlərin rəyi kəmərin keçdiyi ərazilərdə torpaq mülkiyyətçilərinə zərər vurulduğunu təsdiqləyir”, - deyə vəkil əlavə edib.
5 torpaq mülkiyyətçisinin hər birinin iddia tələbləri müxtəlifdir. “Əvvəlki şikayətçilərin iddiası təmin edilib və “Azərsu” təzminat ödəyib. Hazırda isə qurum təzminat ödəmək istəmir. 1 mülkiyyətçinin işi aprel ayında yekunlaşıb. Qanuna görə iş yekunlaşandan ən çoxu 3 günə qərar elan olunmalıdır. Üstündən 4 ay keçib, amma qərar hələ də açıqlanmır”, - vəkil qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər