BolgeXeber.Com » Ölkə » 2 saylı Dəmiryolu poliklinikasında özbaşınalıq

2 saylı Dəmiryolu poliklinikasında özbaşınalıq

22-08-2016, 18:54
Oxunub: 2 686 2 saylı Dəmiryolu poliklinikasında özbaşınalıq Baş həkim Həmzə Həsənov heç Cavid Qurbanovu da saymır Həyatda baş verən hər şeyi labüd hesab etmək insanda mübarizə ruhunu məhv edir

Cəmiyyətin içərisində özünə yuva qurmuş korrupsiya, cəmiyyətin özünün belə fərqinə varmadan onun zəifləməsinə, xəstələnməsinə səbəb olur. Dərd orasındadır ki, əksər xəstəlikləri müalicə edən səhiyyə sektoru bu "azardan" ən çox əzab çəkən sektordur. Təəssüflər olsun ki, bir çox hallarda xəstələri müalicə etməyi görəv kimi qəbul edən və hətta bu amala and içməklə başlayanların özləri bütövlükdə müalicə və müayinə sistemini korrupsiya və rüşvətxorluq mərəzinə düçar edirlər ki, bu iki zillətdən qurtulmaq olduqca müşküldür. Səhiyyəmizi nüfuzdan salan və bütün səylərini yalnız qazanc əldə etməyə yönəldən məmurlardan biri də 2 saylı Dəmiryolu Poliklinikasının baş həkimi Həmzə Həsənovdur. Daxil olan məlumatlara görə, Həmzə həkim uzun illərdir rəhbərlik etdiyi qurumu şəxsi obyekti kimi işlədir və hələ də ona güldən ağır söz deyən yoxdur. Dəmiryolçular artıq Həsənovun tətbiq etdiyi qiymət preskurantlarına bir növ öyrəşiblər və elə təəssürat yaranır ki, sanki elə belə də olmalıdır. Məlum olduğu kimi, ADY QSC-nin əməkdaşları hər 3 ildən bir mütləq tibbi müayinədən keçməlidirlər. Həmzə həkim bu zərurəti özünün qazanc mənbəyinə çevirib. Pul verməyən və həqiqi müayinə tələb edənlərin isə başlarına elə hoqqalar gətirilir ki, yazıqlar bu mənəvi və fiziki iztirablardan qurtulmaq üçün baş həkimin təmənnalı şərtlərini qəbul etməli olurlar. Məsələn həqiqi müayinədən keçən şəxsə Həmzə həkimin məsləhəti ilə bildirilir ki, onda xərçəng xəstəlylinin bəlirtiləri müşahidə olunur. Bu hələ o demək deyil ki, adam xəstədir, proqnozlar təsdiqlənməyə də bilər...Beləliklə adamı şoka salandan sonra bəlli olur ki, onda belə xəstəlik yoxmuş...Bu üsulla insanlara mənəvi sarsıntılar verildikdən sonra heç kəs bu cür "müayinə" üsulundan istifadə etmək istəmir və Həmzə Həsənovun dahiyanə "tapıntısı" effektini göstərir. Baş həkimin digər qazanc mənbəyi bületenlıər və xəstəlik haqqında arayışlardır. Mənbənin bildirdiyinə görə, 2 saylı Dəmiryolu Poliklinikasında əməlli-başlı arayış bazarı açılıb. Burda sağlam şəxs rüşvət verərək, özünə istənilən xəstəliyi yazdıra bilər. Deyilənə görə, xəstəliyin ağırlıq dərəcəsi artdıqca, rüşvətin miqdarı da çoxalır. Çox maraqlıdır ki, ADY QSC-nin reformator kimi şöhrət qazamış rəhbəri Cavid Qurbanov da Həmzə həkimin qanunsuz əməllərinə göz yumur. Mənbələr bunun də səbəblərini izah edirlər ki, bu istiqamətdə apardığımız dəqiq araşdırmalarımızın nəticələrini növbəti yazımızda təqdim edəcəyik. Fakt ondan ibarətdir ki, Həmzə Həsənov öz qanunsuz əməlləri ilə nümayişkaranə şəkildə göstərir ki, islahatlar keçirən Cavid Qurbanovu heç saya salmır. Mənbələr Həmzə həkimin 88 saylı formadan da pul "qırmasından" da bəhs edirlər. Bu əməl isə təşkil olunmuş cinayət xarakterlidir və hesab edirik ki, mütləq hüquqi araşdırmaya ehtiyac var. Məqaləmiz hazırlanarkən Həmzə Həsənovla telefon əlaqəsi saxlamaq və qarşı tərəf kimi onun da münasibətini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Ümidvarıq ki, növbəti məqaləmizdə baş həkimin də mövqeyini işıqlandıra biləcəyik.


gundelik-baku.com