BolgeXeber.Com » Ölkə » “Dəfələrlə Beyləqan İcra Hakimiyyətinə müraciət etmişəm, ancaq kömək edən yoxdur” - Aprel döyüşlərinin qazisi
“Dəfələrlə Beyləqan İcra Hakimiyyətinə müraciət etmişəm, ancaq kömək edən yoxdur” - Aprel döyüşlərinin qazisi
29-08-2016, 14:51
Oxunub: 3 753
3 azyaşlı uşaq atası olan F. Quliyev deyir ki, sosial vəziyyəti çox ağırdır və yaşadığı çiy kərpicdən tikilmiş ev qəza vəziyyətindədi
Bolgexeber.com xəbər verir ki, aprel döyüşlərində yaralanan gizir Fəzail Quliyev “Qafqazinfo”ya müraciət edib.
Beyləqan rayonunun Əmir Zeyidli kəndində yaşayan F. Quliyev deyib ki, hazırda əmək qabiliyyətini itirdiyi üçün ailəsinə baxa bilmir:
“27 yaşım var və aprel ayının 2-də Füzulidə, Lələ təpədə gedən döyüşlərdə yaralanmışam. Yaram hələ tam sağalmayıb, ayağımda aparat qoyulub, hospitalda müalicə olunuram. Başımdan, ayağımdan və ağzımdan qəlpə yarası almışam”.
3 azyaşlı uşaq atası olan F. Quliyev deyir ki, sosial vəziyyəti çox ağırdır və yaşadığı çiy kərpicdən tikilmiş ev qəza vəziyyətindədir:
“Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm, ancaq kömək edən yoxdur”.
Gizir F. Quliyev müalicəsindən razı olsa da, evinin uçmaq ehtimalı olduğu üçün ailəsindən nigarandır:
“Müalicəmlə bağlı bir problemim yoxdur, ancaq 3 övlad atasıyam. Hazırda hospitalda müalicə aldığı üçün onlara baxan yoxdur. Evimiz də yararsız vəziyyətdədir, hər an uça bilər. Əmək qabiliyyətimi itirmişəm, uşaqların təhlükəsizliyi üçün heç nə edə bilmirəm”.
Gizir aidiyyatlı dövlət qurumlarına müraciət edərək uşaqlarının yaşayış şəraitinin normallaşması üçün yardım istəyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər