BolgeXeber.Com » Ölkə » MÜƏLLİM üçün təbrik əvəzi – Mirdamət Sadıqov: Vəzifəni hörmətə mindirən icra başçısı…

MÜƏLLİM üçün təbrik əvəzi – Mirdamət Sadıqov: Vəzifəni hörmətə mindirən icra başçısı…

31-08-2016, 13:36
Oxunub: 3 295 MÜƏLLİM üçün təbrik əvəzi – Mirdamət Sadıqov: Vəzifəni hörmətə mindirən icra başçısı…Yeganə icra başçısıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

Əziz oxucu! Bir az toxta, dur! məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq.Bolgexeber.com olaraq Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən-İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqovdan bəhs edəcəyik. Həm də məmur olaraq yox, MÜƏLLİM bildiyimizə doğum günü münasibəti ilə təbrik əvəzi olaraqq gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə qısa
Tərcümeyi-hal:
İqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib. M.Sadıqov elə həmin ildə insititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilib.
O, indiyədək müxtəlif vəzifələrdə çalışıb. Sadıqov 1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildə Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi”nin icraçı direktoru olub. 1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib. M.Sadıqov 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.
2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-dən Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
M.Sadıqov prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildən İsmayıllının icba başçısıdır.
Ailəlidir 4 övladı var.
Yeganə icra başçısıdır ki…
Yuxarıda göstərilən quru statistik məlumatlara söykənən xronologiyadır. Amma bu xronologiyanın arxasında Azərbaycan dövlətinin idarəçilik sistemində xüsusi iz qoyacaq bir rəhbər durur. Çoxlarından fərqlənən və təkrarolunmaz rəhbər… Beləliklə cumhuriyyet.az olaraq sadalayaq: Mirdaməd Sadıqov
… Yeganə icra başçısıdır ki, bu posta biznesdən, polis həyatından, məmur nomenklaturasından deyil elmdən gəlib. Bəlkə də yanılırıq, amma o bizim bildiyimiz yeganə alim icra başçısıdır…
… Yeganə icra başçısıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…
… Yeganə icra başçısıdır ki, od-alova dönən bir rayona rəhbər təyin olunub və qısa zaman kəsiyində bu odu nüfuzuyla yatırda bilib…
… Yeganə icra başçısıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “başçı” yox daha üstün sayğı ilə “Ağa”, “Müəllim” deməsi də burdan qaynaqlanır.
… Yeganə icra başçısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…
… Və nəhayət sonda Azərbaycan üçün şok olacaq fakt: Yeganə icra başçısıdır ki, kirayədə yaşayır! İstəyirsiz inanın, istəyirsiz yox, amma bu belədir!…
ƏHeç kəs bizim məmur postunda da MÜƏLLİM olarq qəbul etdiyimiz bir şəxsə bu sözlərdən qısqanmasın. Sadaladıqlarımızın bir çoxu elə xeyli sayda rayon rəhbərinin, məmurun sahib olmalı olduğu hallardır. Amma reallıq budur: Mirdaməd Sadıqov yeganə icra başçısıdır ki…
Var-dövləti saya gəlməz, anlayan olsa…
Bütün elmi, pedaqoji və inzibati titullarını bir kənara qoyaraq bir elin, obanın AĞSAQQALI kimi tanıdığımız İsmayıllı rayon icra hakimiyyətinin başçısı, professor Mirdamət Sadıqov haqda bəzən mediada yer alan uydurmalar da gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılan yazılara cavab olaraq gerçək olanı deyək: “Bəli, Mirdamət Sadıqov təsəvvürünüzə gətirmədiyiniz qədər zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın pedaqoji stajı sizin ömür yolunuzdan artıq, 45 ilə yaxındır! Bu illərin hər birində ən azı 40 tələbənin yetişdirilməsini və bu tələbələrin də sonradan özlərinin müəllim olaraq kadr hazırlamasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya M.Sadıqovun elmi əsərlərini və ixtiralarını artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə sizin yanınızda “Mirdamət Sadıqovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə siz hər şeyi baş-ayaq anlamısız…
Vəzifəni hörmətə mindirən KİŞİ
Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda icra başçısı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi icra başçısını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümün vicdan borcu saydıq. Bu gün icra başçılarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan Onun haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Mirdamət Sadıqov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən KİŞİlərdəndir.
M.Sadıqov icra baçılığına rahat həyat sürmək üçün gəlməyib. O sakit alimlik həyatından od-alov içində olan bir rayona göndərilib. Həm də var dövlət toplamaq üçün yox. Çünki Mirdamət müəllimin alim kimi həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurlardan üstündür. O, bir Ağsaqqal olaraq, bir elin, obanın qəbul etdiyi Lider olaraq İsmayıllıya təyinat aldı. Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü…”
P.S. İsmayıllıdan olan tanınmışlar Mirdaməd Sadıqov haqqında
Azərbaycanın tanınmış şairi Baba Vəziroğlu Mirdaməd Sadıqovla dost olduğunu deyib: “Mən Bakıda qeydiyyatda olsam da həmişə özümü ismayıllılı sayıram. Sanki Bakıda olanda da mənə elə gəlir ki, İsmayıllıda yaşayıram. Tez-tez, fürsət düşdükcə ora gedirəm. Mirdaməd müəllimlə çox- çox əvllərdən dostuq. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir icra başçısı sərt tədbirlər görəcəyi halda, o müəllimlik xüsusiyyətindən irəli gələrək başa salırki , belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxtda buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə islah etmək olar”. B.Vəziroğlu İsmayıllıdakı problemlərdən də söz açıb: Əvəllər insalar deyirdilər ki, bizim rayonun bəxti gətirməyib. Allah bizə Kəmaləddin Heydərovu yetirməyib ki, rayon ağ günə çıxsın. Çünki Qəbələ balaca bir kənd olanda, İsmayıllı şəhər idi və qəbələlilər İsamyıllıya paytaxt kimi baxırdılar. Ancaq baxımsızlıqdan, yiyəsizlikdən İsmayıllı bərbad vəziyyətə düşmüşdü. Çox şükür ki, İsmayıllıdan olan, ismayıllıların qədrini bilən bir insan gəldi. Sağ olsun ki, prezidentimiz rayonu qədir bilən bir adama tapşırdı. Mirdaməd müəllim işini çox yaxşı bilən bir icra başçısıdır”.
Yazıçı, jurnalist Mehman Cavadoğlu Mirdaməd Sadıqovun işinə belə qiymət verib: “İsmayıllıya tez-tez getmirəm. Ancaq əlaqlərim, məlumatlarım var. Mirdaməd müəllimlə illlər öncə İsmayıllıdan olan bir ziyalı kimi görüşmüşəm. İcra başçısı olandan sonra isə heç vaxt görüşməmişəm. O gələndən sonra İsmayıllıda xeyli abadlaşma işləri gedib, yollar düzəlib. Eşitdiyimə görə, Mirdamət müəllim şəffaf idarəetmə sistemi ilə fəaliyyət göstərir. İnsanlarla görüşür, onların dərdlərini, qayğılarını öz dillərindən eşidir. Mümkün olan nə varsa, onları həyata keçirməyə çalışır. O, əhali ilə sıx təmas ilə işləmək xəttinə üstünlük verir. Təbii, bütün rayonlarda olduğu kimi İsmayıllıda da müəyyən problemlər var, bu problemlərin həllinin daha tez olmasını istəyərdim . Ancaq elə problemlər var ki, yerli hakimiyyət orqanlarından asılı olmur”.
ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov hesab edir ki, M.Sadıqov aktiv icra başçısıdır: ”Rayona 2-3 aydan bir gedirəm. Əsasən bayramlara və ya xeyir-şər işlərinə. Məzuniyyətimi də ailəmlə birlikdə İsmayıllıda keçirirəm. Yerli sakinlərlə görüşüb söhbət edirik, dərdləşirik. Yaşayışından razı olanlar da var, şikayət edənlər də. İnsanların çoxu Mirdaməd müəllimi aktiv bir insan kimi xarakterizə edir. O, tez-tez sakinlərlə və rayon ziyalıları ilə görüşlər keçirir, insanların problemlərini və təkliflərini dinləyir. Məncə, bu, çox önəmlidir. Rayon rəhbərliyinin sakinləri dinləməsi belə qarşılıqlı inam üçün güclü zəmin yaradır. Digər tərəfdən, bəzi həmyerlilərim, respublikanın digər yerlərində olduğu kimi, öz problemlərinin dərhal həllini gözləyir. Bu da baş verməyəndə narazı qalırlar. Əlbəttə, onları anlamaq olar. Hər kəs öz problemini prioritet sayır. Amma digər tərəfdən, real düşünsək, bütün problemləri qısa zaman kəsiyində həll etmək çətindir. Bəzi məsələlərin həlli zaman tələb edir. Rus yazıçısı Lev Tolstoy demişkən, “Gözləməyi bacaran üçün hər şey vaxtında baş verir”.
Space TV-nin “Hər Həftə” verilişinin aparıcısı və redaktoru , tanınmış telejurnalist Ayaz Mirzəyev İsmayıllının icra başçısının işindən narazı deyil: “Sözün açığı, rayona tez-tez getmirəm. İş elə gətirib ki, görüş, tədbir və ya müsahibə olanda ora gedirəm. Əlbəttə, çalışıram rayonda olarkən sakinlərin yaşayışı, həyat tərzi ilə yaxından maraqlanım. Hazırda rayonda şəhərdən fərqli qayğılar var. Həmişə müşahidə elədiyim və heç vaxt dəyişməyən bir məqam isə həqiqətən rayon sakinlərinin şəhərlilərdən öz zəhmətkeşliyi ilə fərqlənməsidir Mirdamət müəllimlə ötən il İsmayıllıda keçirilən tədbirdə geniş görüşüb müzakirə etmək imkanım olub. O həm savadı ,həm dünya görüşü, həm də həyat təcrübəsi ilə sözün əsl mənasında İsmayıllının ağsaqqalıdır. Əslən bu rayondandır və özünün də dediyi kimi bundan sonra qalan ömrünü də məhz İsmayıllının inkişafı üçün sərf edəcək. Mən İsmayıllıdan olan jurnalist kimi onun gördüyü işləri yüksək qiymətləndirirəm. O, mənim babam Bəhyəddin Mirzəyevin yaxın dostu olub”. Jurnalist daha sonra 2 il əvvəl İsmayıllıda baş verən olayları da xatırlayıb:” Mirdamət müəllim rayonda kifayət qədər birlik və əməkdaşlıq mühiti yarada bilib. Bu amil dövlət orqanlarının əhalinin problemləri və qayğılarının tez bir zamanda aradan qaldırılması üçün çox vacibdir. Rayonda yaşayan qohumlarımdan tez-tez soruşuram. Dediklərinə görə, icra hakimiyyəti operativ şəkildə rayon sakinlərinin qayğılarını dinləyir, onların problemlərinin həll olunması üçün əlindən gələni edir. Əlbəttə bu münasibətin bəslənilməsində, sözsüz icra başçısı yenə də həlledici rol oynayır”.
Tanınmış jurnalist Xətayi Əzizov İsmayıllının icra başçısının işindən razı olduğunu deyib: “Mirdaməd muüəllim, həqiqətən də işini bilən, bacarıqlı, kreativ bir rəhbərdir. Onun İsmayilli rayonuna rəhbər təyin olunmasından az vaxt keçməsinə baxmayaraq, rayonumuz simasını həqiqətən yaxşı mənada çox dəyişib. Bu gün İsmayıllı mədəniyyəti, incəsənəti, yaradıcı insanları, məhsul istehsalı ilə təkcə respublikada deyil, xaricdə də yaxşı tanınır. Bunu Yaponiya, Bolqarıstan və digər ölkələrin nümayəndə heyətlərinin rayona səfərlərindən də görmək olar. Bunlar hamısı Mirdaməd müəllimin qısa vaxt ərzində gördüyü işlər nəticəsində əldə olunub. Ona görə də qısaca olaraq demək olar ki, Mirdaməd müəllimin İsmayıllı rayonuna icra başçısı təyin olunması prezident İlham Əliyevin bölgəyə hörməti və diqqətinin təzahürüdür. Mirdaməd müəllim də bunu bilir və ona göstərilən yüksək etimadı layiqincə dogruldur”.
Bolgexeber.com