BolgeXeber.Com » Ölkə » İradə İsaq evlənir-"Mənə ikinci baharı bəxş etmək istədin" – FOTO

İradə İsaq evlənir-"Mənə ikinci baharı bəxş etmək istədin" – FOTO

1-09-2016, 12:19
Oxunub: 3 668 İradə İsaq evlənir-"Mənə ikinci baharı bəxş etmək istədin" – FOTOBu gün tanınmış telejurnalist İradə İsaq ailə həyatı qurur

Toy Bakıda məşhur restoranların birində keçiriləcək.Qeyd edək ki, İradə İsaq jurnalist Yaşar İsakova ərə gedir. Sentyabrın 1-i, eyni zamanda aparıcının ad günüdür.Xəbər verdiyimiz kimi, bu gün tanınmış jurnalist İradə İsaqla həmkarı Yaşar İsakov ailə həyatı qurur. Onu da qeyd edək ki, 1 sentyabr həm də İradə xanımın doğum günüdür.

Bolgexeber.com xəbər verir ki, o, sosial şəbəkədə toy günü ilə bağlı öz təəssüratlarını bölüşüb.

“Bu günü yaradan ömrümə həm doğum, həm düyün günü kimi yazıbmış. Qismətimdəki bəy isə nə gizlədim, çox “kapriz”imə dözüb. Mənim kimi müşkül adama evlənmək təklifi etmək özü böyük sevgidən xəbər verir. Bu gündə anam məni bu işıqlı dünyaya gətirib. İkinci baharı bu gündə mənə sən bəxş etmək istədin. İnşallah gözəl, mənalı günlər ömrümüzə yazılar, Yaşar İsakov. Adın kimi xoş günlər yaşadarıq bir-birimizə. Tanrı sevənlərimizi qorusun. Hər an dostlar, doğmalar, qohumlar, əzizlərlə gözəldir”.
İradə İsaq evlənir-"Mənə ikinci baharı bəxş etmək istədin" – FOTO
İradə İsaq evlənir-"Mənə ikinci baharı bəxş etmək istədin" – FOTO
İradə İsaq evlənir-"Mənə ikinci baharı bəxş etmək istədin" – FOTO