BolgeXeber.Com » Ölkə » Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Tərtər rayonunda olmuşlar

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Tərtər rayonunda olmuşlar

1-09-2016, 16:53
Oxunub: 4 155 Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Tərtər rayonunda olmuşlarQonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər

Avqustun 31-də-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelsin, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzainin, BMT QAK-ın hüquq şöbəsinin müdir müavini, məcburi köçkünlər üzrə məsul şəxs Oliver Tuholske və BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev didərgin insanların vəziyyəti ilə tanış olmaq, onların problemlərinin həllində əldə olunan davamlı nailiyyətlər, həmçinin, məcburi köçkünləri qəbul etmiş icmaların sosial və iqtisadi rifahı barədə məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər etmişlər.

Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə rayon rəhbəri cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmış, qeyd etmişdir ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.

Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanmış, 3 nəfər dünyasını dəyişmişdir. Rayonumuzda məskunlaşmış məcburi köçkünlərdən Ağdam rayonundan məcburi köçkün 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu və Kəlbəcər rayonundan məcburi köçkün 2000-ci il təvəllüdlü Həsənova Turanə Kamandar qızı dünyasını dəyişmişdir. Eyni zamanda Laçın rayonundan məcburi köçkün Əhmədov İsa Əli oğlu ağır yaralanmışdır. Həmçinin Ağdam rayonundan məcburi köçkün 1963-cü il təvəllüdlü Rəhimov Cəlal Saday oğlu da ağır yaralanmış, gözünün birini itirmiş, ayağının birinin isə kəsilmə ehtimalı qalmaqdadır.. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Tək 26-28- aprel 2016-cı il tarixlərdə erməni hərbi birləşmələri tərəfindən rayonun Əkispara kəndinin ərazisinə atılmış Beynəlxalq Konvensiyalarla qadağan olunmuş ağ fosforlu top mərmisinin zərərsizləşdirilməsi nəticəsində 13 istehsalçıya məxsus 3,01 hektar pambıq, 20,01 hektar buğda, 6,20 hektar arpa, 8,42 hektar yonca, ümumilikdə 37,64 hektar sahəyə tüstünün yayılması nəticəsində zərər dəymişdir.

Rayon rəhbəri qeyd edib ki, işğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə 31500 hektar əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Hal-hazırda su tamamilə kəsilmişdir. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.

M.Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin öz xanımı ilə rayonumuza olan səfərindən, şəhərdə, düşmənlə 200 metrlik məsafədə olan Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsindən də danışmış, 1-5 aprel müharibəsi zamanı rayona dəymiş ziyanın aradan qaldırılması üçün 3 milyon manat vəsait ayrıldığını bildirmişdir.

Sonra qonaqlar Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin rayon bölməsində (ANAMA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Regional Təlim Tədris Mərkəzində görüşlər keçirmiş, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni attireliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşmüş, onların problemləri ilə maraqlanmış, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxmışlar.
Bolgexeber.com