BolgeXeber.Com » Ölkə » "Özəl klinikalarda əsas puldur, orada insan sağlamlığı önəm daşımır" - Nəsib Quliyevdən sərt açıqlama
"Özəl klinikalarda əsas puldur, orada insan sağlamlığı önəm daşımır" - Nəsib Quliyevdən sərt açıqlama
2-09-2016, 16:14
Oxunub: 3 948
Son günlər cəmiyyətdə dövlət xəstəxanaları tənqid olunur
Sosial şəbəkələrdə bu xəstəxanalarda şəraitsizlik, rüşvətxorluq barədə məlumatlar yayılır. Kütləvi İnformasiya Vasitələrində dövlət xəstəxanalarının antireklamı getdiyi halda özəl klinikaların reklamı çoxalır.
Məsələ ilə əlaqədar Baş pediatr Nəsib Quliyev Admiral.az-a bildirib ki, belə yazılar özəl klinika rəhbərliyi tərəfindən bilərəkdən yazdırılır. Onun sözlərinə görə, belə əməllərin arxasında pul qazanmaq hərisliyi dayanır:
"Gözəl atalar misalı var: "Mamanın sayı nə qədər çox olur-olsun, güc doğana düşür". Yəni həqiqət ondan ibarətdir ki, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı problemin həlli məsələlərinin çoxu dövlət tibb müəssisələrinin üzərindədir. Mən istəməzdim özəl xəstəxanaların fəaliyyətinə qara yaxım. Amma hər şey ortalıqdadır. Dövlət tibb müəssisələrində çalışan həkimlərin çoxu özəl klinikalarda işləyən və daim reklam olunan həkimlərə dərs keçər".
N.Quliyev dövlət xəstəxanalarını pisləyən özəl klinikada çalışanların savadına şübhə etdiyini bildirib:
"Dövlət xəstəxanalarının nəyi pisdir? Özəl klinikalarda çalışan həkimlərin çoxu dövlət xəstəxanalarında işləyib, bəziləri hazırda da işləyir. İndi nə oldu? "Tısbağa qınından çıxıb, qınını bəyənmədi?" Necə olur ki, orada çalışan həkim Dövlət Tibbi Universitetini bitirir, dövlət xəstəxanalarında çalışır, sonra keçir özəl klinikalara və başlayır bizi pisləməyə? Özəl klinikalar mütəxəssis yetişdirmir. Belə xəstəxanalarda mütəxəssis olmaq mümkün deyil. Ora hazır həkimlər gəlirlər".
N.Quliyev deyir ki, özəl klinikalarda insan sağlamlığı önəm daşımır. Bir yerdə ki, əsas meyar puldur, insan sağlamlığı pulla ölçülür, orada haqq-ədalət əzilmiş, sınmış olur. Sadə bir misal deyim. Elə özəl klinikalar var, bizə məktub göndərirlər ki, reanimasiyada yatan körpəni gəlin aparın. Çünki onun valideynlərinin pulu yoxdur. Körpə ölüm ayağında olur, xəstəxana rəhbərləri pul davası edirlər. Onlar dövlət xəstəxanasını necə tənqid edə bilərlər?"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər