Məktəbli forması üçün növbə – Qiymətlər artacaq?
3-09-2016, 16:50
Oxunub: 7 123
Dərs ilinin başlanmasına sayılı günlər qalmış valideynlər övladlarına məktəbli forması alırlar
Bu isə növbələrə və insanlar arasında təlaşa səbəb olur.
Bakı Tikiş Evinin şatış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, son günlər onlara müraciət edənlərin sayı çoxalıb və nəticədə uzun növbələr yaranıb.
“Hamı işini son günlərə saxlayır. Buradakı vəziyyəti gəlib görsəniz, növbə və insanların məktəbli formasını tez alıb getməsi üçün canfəşanlığını müşahidə edərsiniz. Heç kim filiallara getmir. Valideynlər mərkəzi ofisə gəlirlər, elə bilirlər ki, burada fərqli material olur”.
E.Əzimovun sözlərinə görə, qiymət artımının olmasına baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə satışlarda azalma olmayıb, təxminən eynidir.
“7 faiz qiymət artımı olub. Bu, elə də böyük fərq deyil. Biz eyni zamanda bu il Şəhid Ailələrinə İctimai Dəstək Birliyinə 20 dəst, Nəsimi Rayon İcra Hakimiyyətinə 100 dəst, Valideyn-Müəllim Assosiasiyasına isə 60 dəst pulsuz forma vermişik. Əlimizdən gələni edirik. Bizim heç bir gəlirimiz yoxdur. Gərək qiyməti minimum 40 faiz qaldırardıq ki, qazanc əldə edək”.
E.Əzimov dərs ilinin sonuna qədər qiymətlərin dəyişməyəcəyini vurğulayıb.
Qeyd edək ki, manatın məzənnəsi dəyişmədən əvvəl 34 manata olan ibtidai sinif şagirdləri üçün forma hazırda 37 manata, 43 manata olan yuxarı siniflər üçün forma hazırda 46 manata satılır./Azvision.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər