BolgeXeber.Com » Ölkə » İntihar edən tələbənin ölümündən əvvəl dostuna yazdığı – SON MESAJ
İntihar edən tələbənin ölümündən əvvəl dostuna yazdığı – SON MESAJ
12-10-2016, 12:02
Oxunub: 3 581
“O, universitetdən çıxıb başqa nə olur olsun, oxumaq istəyirdi. Amma atası razı olmurdu”
Dünən Bakı şəhərinin Nizami rayonunda özünü SOCAR-ın gənc mütəxəssisləri üçün yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar edən Hüseyn Abbasovun yaxın dostu hadisə ilə bağlı Lent.az-a danışıb.
Bolgexeber.com xəbər verir ki, adının açıqlanmasını istəməyən tələbə deyib ki, həmişə onun köməyə ehtiyacı olduğunu hiss edib:
“Mənə yaxın idi və bacardığım qədər kömək edirdim. İntiharından yarım saat əvvəl təsadüfən yataqxana liftində qarşılaşdıq. Mən dərsdən gəlirdim, o isə 11-ci mərtəbəyə çıxırdı. Soruşdum ki, sən 4-cü mərtəbədə qalırsan, niyə 11-ə çıxırsan? Cavab verdi ki, orda bir nəfərlə görüşəcək və daha sonra Gəncəyə gedəcək. Mən liftdən düşəndən 10 dəqiqə sonra yazdı ki, “haqqını halal elə”. Yemək yediyim üçün mesajı gec gördüm”.
Yaxın dostu 20 yaşlı Hüseynin ailəsi ilə probleminin olduğunu qeyd edib və dostunun təhsilini başqa sahədə davam etdirmək istədiyini atasının isə buna qarşı çıxdığını deyib:
“O, universitetdən çıxıb başqa nə olur olsun, oxumaq istəyirdi. Amma atası razı olmurdu”.
Xatırladaq ki, dünən axşam saatlarında Bakı Ali Neft Məktəbinin tələbəsi Hüseyn Abbasov özünü yaşadığı yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər