Çudo peçka”nı möcüzə xilas edə bilər - böhran dərinləşir
31-10-2016, 16:43
Oxunub: 3 402
Mağazalar şəbəkəsinin adının dəyişdirilməsi baş tutmayıb, işçilərin ixtisarları davam edir
“Çudo peçka” mağazalar şəbəkəsində gün keçdikcə böhran dərinləşir. Şəbəkənin sahibi işçilərin maaşını verə bilmir, işçilər isə öz haqlarından əl çəkməyi düşünmürlər...
Musavat.com-a daxil olan məlumata görə, şəbəkəyə aid mağazalar ard-arda bağlanma təhlükəsi qarşısında qalıb. İddia olunur ki, “Çudo peçka”nın təkcə Vergilər Nazirliyinə 15 min manat borcu var. Ölkədə baş verən iqtisadi böhran və “Çudo peçka”nın daxilində yaşananlar isə mövcud durumu daha da ağırlaşdırıb.
Belə ki, şəbəkənin metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən mağazası bağlandıqdan sonra işsiz qalan əməkdaşların maaşları hələ də verilməyib. Özü də bu bir aylıq deyil, 8 aylıq əməkhaqqıdır. İşçilərə bildirilib ki, onların maaşları hissə-hissə də olsa veriləcək. Lakin nə vaxt? Bu suala cavab verilməyib.
İddia olunur ki, şəbəkənin rəhbərliyi mövcud durumdan çıxış yolu kimi bir neçə plan qurubmuş. Bunlar arasında “Çudo peçka”nın adını dəyişmək də olub. Belə ki, plana görə “Çudo peçka”nın adı dəyişdirilərək, “Dopdolu” olacaqmış. Bunun üçün sənədləşmə işlərinin bir qisminin aparıldığı da söylənilir. Lakin planı tam olaraq həyata keçirmək mümkün olmayıb.
Bundan əlavə, şəbəkənin metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazasında da oktyabrın 19-dan etibarən əməkdaşların sayında ixtisar aparılıb. İşdən çıxarılanların 4 aylıq əməkhaqqı verilməyib. Onlara da bildirilib ki, maaşlar hissə-hissə ödəniləcək.
Onu da qeyd edək ki, təxminən 7 ay öncə “Çudo peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılmışdı (Şirkətin rəhbəri Çingiz Cəlilovun oğlu Anar Cəlilovdur).
Belə ki, “Çudo peçka” mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç. Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.
Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, “Çudo peçka” da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.
Mağazalar şəbəkəsi sahibinə qaytarılmamışdan öncə də işçilər maaş problemləri yaşayıblar. Belə ki, işçilər Heydər Babayevin zamanında da təxminən 4 ay maaşlarını ala bilməyiblər. İndi işdən çıxarılan əməkdaşlara həm Heydər Babayevin, həm də Çingiz Çəlilovun borcu var. Mağazanın əməkdaşlarının sözlərinə görə, onlar şəbəkənin Cəlilova qaytarılmasından sonra vəziyyətlərinin düzələcəklərinə ümid edirdilər. Lakin bu baş vermədi.
Xatırladaq ki, bir neçə gün öncə Anar Cəlilov baş verənlərlə bağlı polis şöbəsinə də çağırılmışdı.
Qeyd edək ki, hazırda bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Əhmədli” və “Neftçilər” metro stansiyalarının çıxışlarında da kafe-mağazaları var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər