Sumqayıtdakı qarışıqlığın səbəbkarı kimdir?!
11-11-2016, 12:17
Oxunub: 3 405
“Bu adamın adını bir də eşitməyək” şəklində aldığı xəbərdarlıqdan sonra cənab Fərəcovun iş adamı ilə bağlı qəti qərar qəbul edəcəyi gözlənilir
Son illərin qalmaqallı iş adamı kimi tanınan Müqayis Verdiyev haqqında yeni məlumatlar əldə etdik.
Əksər mübahisəli məsələlərdə adı hallanan Müqayis Verdiyevin adı bu dəfə də Sumqayıt şəhərində salınan Dənizknarı Bulvarın tikintisinə ayrılan vəsaiti mənimsəməsilə bağlı şikayətlərdə hallanır.
Bolgexeber.com bildirir ki, Bulvarın tikintisində əməyi keçən fəhlələrlə telefon əlaqəsi saxladıq və məlum oldu ki, artıq uzun müddətdir onların maaşı verilmir. Sözügedən fəhlələr bu məsələdə Zakir Fərəcovun əlinin olmadığından əmindirlər. Pul haqq-hesablarının yalnız Müqayis Verdiyev tərəfindən həll olunduğunu deyən fəhlələr boğaza yığıldıqlarını bildiriblər.
Külli miqdarda vəsaiti mənimsəyən Müqayis Verdiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı bir neçə dəfə öz günahını Zakir Fərəcovun üstünə yıxmağa çalışsa da, cəhdləri boşa çıxıb. Və Zakir Fərəcovun bu işlə əlaqəsinin olmadığı bir daha sübut olunub.
Noyabrın 10-da azı 50 fəhlə maaş tələbi ilə Prezident Administrasiyasının qarşısına toplaşıb.
Azər adlı aksiya iştirakçısı Ağdaşda yaşayır. Aksiyaya qatılmaqdan ötrü qonşudan yolpulu alaraq Bakıya gəldiyini deyir:
“Hər dəfə ondan-bundan yolpulu alıb maaşımı tələb etməyə Sumqayıta gedirəm. Bu gün də qonşudan yolpulu alıb gəlmişəm. İşlərin bitməsinə 3 ay qalmış maaşlarımızı ləngitməyə başladılar. Mən yerə “tomet” döşəyirdim. Yoldaşım onkoloji xəstədir, Ağdaşdan Sumqayıta işləməyə məcburiyyətdən gəlmişdim. Uşaqları qonşuların ümidinə qoyub gəlib istirahətsiz işləmişəm ki, yoldaşımın bahalı dərmanlarını ala bilim. Heç kəs bəxtəvərlikdən aylarla isti evindən uzaq düşüb yayın cırhacırında, qışın şaxtasında açıq havada hamballıq eləmir. Pulumu kim yeyibsə, halal eləmirəm!”.
Müqayis Verdiyevin külli miqdarda vəsaiti məsimsədiyinə görə həbs edilməsi, fəhlələrin narahatçılığına səbəb olur.
Son zamanlar mətbuatın yazdıqlarına inansaq, bu dəfə də iş adamı bu layihələrin icrasında “nəfsinə sahib dura bilmir”. Bu haqda çox yazılıb və Sumqayıtda da demək olar ki, bilməyən yoxdur.
Aldığımız məlumata görə, Sumqayıt şəhərində geniş miqyaslı layihələri reallaşdıran Zakir Fərəcov artıq Müqayis Verdiyevlə bağlı problem yaşamaqdadır. Səbəb isə iş adamı ilə bağlı narazılıqların kütləviləşməsi, yuxarı dairələrə yönəlik şikayətlərin çoxalmasıdır.
Son günlər Ali instansiyadan Zakir Fərəcova Müqayis Verdiyevlə bağlı son və sərt xəbərdarlıq edilib. “Bu adamın adını bir də eşitməyək” şəklində aldığı xəbərdarlıqdan sonra cənab Fərəcovun iş adamı ilə bağlı qəti qərar qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, bu şikayət Müqayis Verdiyevin başı üzərində dolaşan ilk qara bulud deyil. Yaxın keçmişdə Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə aralarında yaranmış problem səbəbindən də mətbuatın gündəmini zəbt etmişdi. O zaman müxtəlif ittihamlarla şərlənərək həbs olunduğunu iddia edən iş adamı dövlət başçısına ünvanlandığı məşhur məktubu ilə kütləvi diqqəti çəkmişdi.
İbrahim
Bolgexeber.com
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes