General Orucovun kriminal oğlanları - Harda və necə?
14-11-2016, 10:52
Oxunub: 5 204
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində generalların yorğan davası
Vahid Əliyevdən dəstək alan general Novruzəli Orucov Arzu Rəhimovun onun yerinə keçməyə çalışır, lakin fərari generalın qaranlıq keçmişi hələ də onun qarşısında əsas maneə olaraq görünür
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində generalların savaşı başlayıb. Daha doğrusu köhnə savaş yenidən qızışıb. Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevdən dəstək alan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orusov Xidmətin rəisi, general-leytnant Arzu Rəhimovu küncə sıxışdırıb. Bu barədə ANAXEBER.az-a Xidmətdən daxil olan məlumatda bildirilir.
Novruzəli Orucovun kriminal oğlanları ilə bağlı çox ciddi kompramatlar ...
Qeyd edək ki, hələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılırkən Novruzəli Orucov bu quruma rəis gəlmək üçün əsas namizədlərdən biri və birincisi idi. Ziya Məmmədovun yerlisi olan Novruzəli Orucov həmin dönəmdə böyük güc sahibi olan Nəqliyyat nazirinin bu posta olan namizədi idi. Eyni zamanda Novruzəli Orucov Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəsətəyini ala bilmişdi. Həmin dövrdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışan Novruzəli Orucovun yeni yaradılan quruma rəis təyin olunması demək olar ki, həl olunmuş məslə idi. Lakin Novruzəli Orucovun 1993-cü ildə Qarabağ müharibəsi dönəmində fərarilik etməsi ilə bağlı faktlar rəqibləri tərəfindən mətbuata sızdırıldıqdan sonra, generalın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçməsi xəyalı suya düşmüş oldu. Buna baxmayaraq himayədarları sayəsində Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəisinin müavini postunu ala bildi. Bu postda uzun müddət kölgədə qalmasına baxmayaraq, yenidən aktivləşdiyi və General Vahid Əliyevin yardımı ilə Arzu Rəhimovu deyvirməyə çalışdığı bildirilir. Hətta bəzi məlumatlara əsasən Vahid Əliyevin köməkliyi ilə Arzu Rəhimovun prezidentin yanında etimadının sarsıdılması üçün Novruzəli Orucovun xüsusi dosye hazırladığı bildirilir. Xidmətdən ANAXEBER.az-a daxil olan məlumata əsasən Arzu Rəhimov bu məsələdən xəbərdardır və ona xəyanət etmiş müavinin vəzifədən alınması üçün bütün imkanlarını səfərbər edib. Hətta mənbə bildirir ki, yaxın günlərdə Novruzəli Orucov və oğlanları ilə bağlı çox ciddi kompramatların mətbuata sızdırılması gözlənilir. Fərar general haqqında bu iəlumatların mətbuata sızdırılması yenidən onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçməsinə əngəl ola bilər. Çünki həmin məlumatlarda cinayət xarakterli məlumatların ola biləcəyi və bu məlumatların sübutunun olduğu istisna olunmur.
Yazı da adı keçən qurumların və vəzifəli şəxslərin mövqeyini dərc etməyə hahırıq.
Anaxeber.az
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes