BolgeXeber.Com » Ölkə » “Facebook”da dolların “qara bazar”ı yaradıldı – “Exchange Azerbaijan”- FOTO
“Facebook”da dolların “qara bazar”ı yaradıldı – “Exchange Azerbaijan”- FOTO
9-12-2016, 12:05
Oxunub: 3 979
“Exchange Azerbaijan” qrupunda dolların alış və satışı həyata keçirilir
Azərbaycanda internet üzərindən də “qara bazar” yaradılıb.“Facebook” üzərindən yaradılan “Exchange Azerbaijan” qrupunda dolların alış və satışı həyata keçirilir.
Bildirilir ki, bu qrup tez bir zamanda lazım olan valyutanı, banka ehtiyac duymadan, bank axtarmadan və ya bankda sıra gözləmədən rahat bir şəkildə buradan satıcını taparaq mübadilə edə bilməniz üçün yaradılıb.
Dollar almaq istəyən dollar satanı, manat almaq istəyən manat satanı tapsın deyə hazırlanıb. Qrupda bankların gündəlik dollar alış və satış kursları qeyd olunsa da, virtual “qara bazar” iştirakçıları valyutanı hansı məzənnə ilə satdıqlarını açıq şəkildə qeyd etmirlər.
Qeyd edək ki, eyni adlı səhifə “Instagram”da da yaradılıb. Hətta səhifənin “Android” sistemində proqramı da mövcuddur.
Xatırladaq ki, ötən gündən etibarən ölkədə “qara bazar”ın qarşısını almaq üçün ciddi əməliyyatlar aparılır.
(Qafqazinfo)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər