Rusiyalı Ombudsman Baş Prokurorluqda olub
29-12-2016, 18:00
Oxunub: 2 204
Dekabrın 29-da Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com–a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində digər hüquq mühafizə orqanları, eyni zamanda ombudsman təsisatı ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan Baş prokurorun birinci müavini insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və ya cəzanın qarşısının alınmasında prokurorluğun rolu, iki ölkə arasında insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından dekabrın 28-də Azərbaycan və Rusiya ombudsmanları arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişinin əhəmiyyətini xüsusi qeyd edib.
Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova səmimi qəbula görə minnətdarlığını bildirərək həmkarının insan hüquqları sahəsində uğurlu fəaliyyətini vurğulamış, eyni zamanda həmin təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha vurğulayıb. Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər