BolgeXeber.Com » Ölkə » Çingiz Abdullayev “Azəravtoyol”a təklif edir: “Gəlsinlər Sabirin, Nəsiminin heykəlini də dağıtsınlar...”
Çingiz Abdullayev “Azəravtoyol”a təklif edir: “Gəlsinlər Sabirin, Nəsiminin heykəlini də dağıtsınlar...”
28-02-2017, 11:03
Oxunub: 3 699
“Azəravtoyol” ASC tərəfindən Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlini Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan sökməsi ictimaiyyət arasında hiddətlə qarşılanıb
Virtualaz.org xəbər verir ki, dünyaca tanınmış yazıçı, Azərbaycan PEN-klubunun prezidenti Çingiz Abdullayev bu hadisəni acı ironiya ilə şərh edib.
“Bununla kifayətlənmək lazım deyil, gəlsinlər Yazıçılar İttifaqının da binasını söksünlər, hansı ki, orada Stalin dövründə repressiyalara məruz qalmış Azərbaycan yazıçılarının adları var. Üstəlik müsəlmanlar haqqında xoşagəlməz şerlər yazan Sabirin heykəlini də dağıtmaq pis olmazdı, yaxud bütün şerlərini fars dilində yazdığına görə Nizaminin, vətənində ölməli olduğu halda Suriyada qətlə yetirilməyi üstün tutan Nəsiminin heykəlini dağıtmaq üçün nəyi gözləyirlər?”-yazıçı haqqin.az-a açıqlamasında deyib.
Çingiz Abdullayev “Azəravtoyol”un rəhbərliyinə təkliflərini davam etdirərək onları “eyni səbəblərdən”, yəni məzarı başqa ölkədə olan və ümumiyyətlə üç dildə yazdığı üçün Füzulinin monumentini də dağıtmağa çağırıb. Yazıçı bildirib: “Bununla da dayanmaq olmaz. Bir halda ki, Müşfiqin heykəlini söküblər, gəlsinlər bütün qalan heykəlləri də söksünlər...”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər