BolgeXeber.Com » Ölkə » “Manat möhkəmlənir, amma qiymətləri aşağı salmırlar” - İqtisadçıdan sahibkarlara İTTİHAM
“Manat möhkəmlənir, amma qiymətləri aşağı salmırlar” - İqtisadçıdan sahibkarlara İTTİHAM
3-03-2017, 12:01
Oxunub: 3 521
“Fevralın 3-də manatın dollar kursu əvvəli günə nisbətən 1.9200-dən 1.911-dək dəyişdi. Nəticədə, manat bü günə 1.7548 məzənnəsi ilə daxil oldu”
Modern.az xəbər verir ki, bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov manatın yenidən möhkəmlənmə səbəblərinə toxunub:
“Xatırlayırsınızsa, manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalamalarını olacağını demişdilər. 1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur. Xüsusən də, idxal olunan malların qiymətinin enməməsi və ya enidirlməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki, günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür”.
Mütəxəssis bildirir ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar, indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər:
“Mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil. Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər