BolgeXeber.Com » Ölkə » Kamil Zeynallının məhkəməsinə aparıcı Şəbnəm Həsənova çağırıla bilər
Kamil Zeynallının məhkəməsinə aparıcı Şəbnəm Həsənova çağırıla bilər
6-03-2017, 20:10
Oxunub: 4 861
Bu gün Xətai rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın idmançı Kamil Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib
Ə.Ağayevanın vəkili Vüqar Səfərli bildirib ki, hazırlıq iclasında cavabdehin anket məlumatları dəqiqləşdirilib. Prosesdə K.Zeynallının vəkili məhkəməyə qarşılıqlı iddia qaldıraraq Ə.Ağayevanın bu prosesdə qanunsuzluğa yol verdiyini deyib. Vəkil bildirib ki, guya Ə.Ağayeva K.Zeynallıdan müsahibə alarkən ona qərəzli suallar verib və bu da jurnalist etikasından kənardır: "Əslində, isə Əfruzə xanım jurnalist prinsiplərinə zidd hərəkət etməyib, o aparıcı Şəbnəm Həsənovanın Kamil Zeynallı tərəfindən təhqir olunduğu barədə yayılan videolar və şərhlər barədə suallar verib. Biz növbəti prosesdə Şəbnəm Həsənovanın da maraqlı tərəf kimi prosesə dəvət edilməsi barədə vəsatət qaldıracağıq. Çünki, bu prosesdə onun da hüquqları pozulub".
Prosesdə hakim tərəflərə barışıq təklifi etsə də, Ə.Ağayeva və onun müdafiə tərəfi bu təklifi şərt əsasında qəbul edib. Vəkil bildirib ki, K.Zeynallı sosial şəbəkə və saytlar, həmçinin video sujet vasitəsilə günahını boynuna almalı, Ə.Ağayevadan həmin vasitələrlə üzr istəməlidir. Bu prosesdən sonra tərəflər arasında barışıq baş tuta bilər.
İş üzrə hazırlıq iclası yekunlaşıb və məhkəmə baxışı martın 17-ə təyin edilib.
Xatırladaq ki, idmançı K.Zeynallı jurnalist Ə.Ağayevanı sosial şəbəkələr və saytlar vasitəsilə təhqir edib. Buna görə də Ə.Ağayeva məhkəməyə müraciət edərək K.Zeynallının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər