BolgeXeber.Com » Ölkə » Bakıda bəzi avtoservislərdə müştərilər aldadılır – VİDEO
Bakıda bəzi avtoservislərdə müştərilər aldadılır – VİDEO
7-04-2017, 11:16
Oxunub: 3 389Bakıda müxtəlif avtomobil markalarına məxsus rəsmi avtoservislər ehtiyat hissələrini adi dükanlara nisbətən baha satırlar Bolgexeber.com Xezerxeber.az-ə istinadən məlumat verir ki, bunu avtomobil ehtiyat hissələri satışı ilə məşğul olan şəxslər də təsdiqləyir.
Halbuki hər iki yerdə eyni istehsalçıya məxsus məhsullar satılır.
Qiymət fərqi, xüsusilə, az satılan mallarda daha çox hiss olunur.
Araşdırmamız göstərir ki, rəsmi servislərlə dıgər satış məntəqələri arasındakı qiymət fərqi avtomobilin yağ filtrlərində 3, hava filtrində 5, əyləc lövhələri və yastıqlarında 10, asqı sistemində 15, gövdə hissələrində isə 20 faiz olur. Bu qiymət fərqləri avtomobilin marka və modelindən aslı olaraq arta və yaxud azala bilir.
Qeyd edək ki, bəzi servislər zəmanətlə olan avtomobillərin xarab olmuş detallarını yalnız onlardan alınan məhsullarla dəyişilməsini tələb kimi qoyur və digər dükanlardan, hətta orginal mal alındıqda belə avtomobili zəmanətdən çıxarırlar.