BolgeXeber.Com » Ölkə » Sürücülərə artıq maaş yazıb, büdcədən pul siliblər - Qaradağda yeyinti
Sürücülərə artıq maaş yazıb, büdcədən pul siliblər - Qaradağda yeyinti
11-04-2017, 10:27
Oxunub: 4 496
Qaradağ rayon İcra Hakimiyyətində nəqliyyat vasitələrinin sürücülərinə artıq əmək haqqı hesablanıb
Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda keçirilmiş auditlə nəqliyyat vasitələrinin sürücülərinə əmək haqqının hesablanmasında qanunvericiliyin tələbləri gözlənilməyərək Avtonəqliyyat və Mexanizsiya Dəstəsi tərəfindən işçinin istirahət günləri işə çıxmasına əsas göstərilmədən bütün sürücülərə hesabat ilinin bütün istirahət (bazar) günləri üçün əmək haqqı hesablanılmış və nəticədə sürücülərə 2014-cü ilin may-dekabr aylarında 4447,8 manat, 2015-ci ildə 8884,5 manat, 2016-cı ilin 1-ci yarısında isə 4885,7 manat, ümumilikdə 18218 manat artıq əmək haqqı ödənişinə yol verilsə də, həmin vəsaitin müvafiq qayda da bərpası təmin edilməyib.
Qeyd edilib ki, 2016-cı ilin sentyabr-dekabr ayları üzrə 368,4 manatın büdcəyə köçürülməsi və qalan vəsaitin hissə-hissə dövlət büdcəsinə bərpa ediləcəyi barədə məktub Hesablama Palatasına daxil olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər