BolgeXeber.Com » Ölkə » Masallı DYP-nin baş inspektoru 2-ci qrup əlili məhkəməyə verdi-VİDEO

Masallı DYP-nin baş inspektoru 2-ci qrup əlili məhkəməyə verdi-VİDEO

1-05-2017, 19:04
Oxunub: 4 291 Masallı DYP-nin baş inspektoru 2-ci qrup əlili məhkəməyə verdi-VİDEORüstəm Qasımova pərdələrə görə düşən cəriməni ödəsə də hal-hazırda onun avtomobili səbəbsiz yerə cərimə meydançasında saxlanılır

Bir neçə gün əvvəl Masallı rayonunda ikinci qrup əlil vətəndaşla Masallı Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov arasında yaşanan münaqişə geniş müzakirəyə səbəb oldu.
Şikayətçi Rüstəm Qasımov idarə etdiyi "Cip Qrand Şiroki" markalı avtomobilin pəncərələrindən tünd rəngli pərdə asdığına görə reyd zamanı saxlanıb və baş inspektor Şəmşir Kərimov tərəfindən kobud rəftarla qarşılaşıb.
Belə ki, Şəmşir Kərimov özünü təqdim etmədən Rüstəm Qasımova maşından enməyi əmr edib. Sürücünün isə niyə saxlandığını barədə heç bir məlumatı olmayıb.
Rüstəm Qasımov polis kapitanından özünü təqdim etməsini istəyəndə isə Şəmşir Kərimov ona qarşı güc tətbiq etməyə başlayıb.

Rüstəm Qasımova pərdələrə görə düşən cəriməni ödəsə də hal-hazırda onun avtomobili səbəbsiz yerə cərimə meydançasında saxlanılır.

Məsələnin qaranlıq məqamlarından biri də, Rüstəm Qasımov görüntü və səs yazılarını tələb edən zaman ona yarımçıq videomaterialların göstərilməsidir.

Rüstəm Qasımovla baş inspektor arasında münaqişə yaranan zaman həmin istiqamətdə hərəkət edən Mircavid Əzizovun vaz 21-07 markalı avtomobili səbəbsiz yerə cərimə meydançasına aparılıb.

Mircavid Əzizov da məsələnin ətraflı araşdırılmasını istəyir və bununla bağlı aidiyyati qurumlarla yanaşı prezident İlham Əliyevə də müraciət edəcək.
Bolgexeber.com