Valyutadəyişmə məntəqələri niyə açılır? - Səbəb açıqlandı
21-04-2017, 11:30
Oxunub: 3 563
"Valyutadəyişmə məntəqələrinin yenidən açılmasının səbəbi ölkədə makroiqtisadi sabitliyin bərpa olunması ilə bağlıdır”
Bunu "Qafqazinfo”ya açıqlamasına Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili "Valyuta tənzimi haqqında” qanuna ediləcək dəyişikliklərdən danışarkən deyib.
Millət vəkili xatırladıb ki, valyutadəyişmə məntəqələrinin əvvəllər spekulyativ fəaliyyət göstərmələri ölkədə valyuta kursunun qalxmasına gətirib çıxarmışdı: "Onların müəyyən qanunazidd fəaliyyəti aşkar olunmuşdu. Bu kimi hallar ölkənin makroiqtisadi sabitliyinə mənf təsir etmişdi. Ancaq indi ölkədə maliyyə sabitliyi bərpa olunub. Hazırda qarşıda duran əsas məqsəd iqtisadi aktivliyin artırılmasıdır.
Eyni zamanda məntəqələrin yenidən açılmasının səbəblərindən biri də ölkədə beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirilməsidir. Bu tədbirlər nəticəsində ölkəyə böyük turist axının gəlməsi gözlənilir. Onların valyuta dəyişməsi üçün daha çevik şəraitin təşkil olunmasına ehtiyac var”.
Deputatın sözlərinə görə, qanuna edilən yeni dəyişikliklərə əsasən bu fəaliyyət sahəsində sərt nəzarət tədbirləri həyata keçiriləcək: "Belə ki, əvvəlki spekulyativ fəaliyyətə bir daha yol verilməməsi üçün valyutadəyişmə məntəqələrinin fəaliyyəti qanunla sərtləşdirilir.Lisenziyalaşdırma şərtlərinə görə daha sağlam hüquqi şəxslərin seçiləcək. Bundan əlavə, fəaliyyət zamanı kurs arasında fərqin çox olmaması da qanunla tənzimlənəcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər