BolgeXeber.Com » Ölkə » Milli Qəhrəman gənc qızla meymunu evləndirib -Azərbaycanda daha bir ŞOK
Milli Qəhrəman gənc qızla meymunu evləndirib -Azərbaycanda daha bir ŞOK
27-04-2017, 13:08
Oxunub: 3 795
Goranboy rayonunda fəaliyyət göstərən iş adamı, bir neçə şirkətin sahibi, "Galib Group” MMC-nin rəhbəri Qalib Mustafayevin Doberman cinsindən olan itlərinin şərəfinə qurduğu toy məclisi geniş müzakirə mövzusu olaraq qalır
Bu hadisə ətrafınfa müzakirələr davam edərkən, məlum olub ki, Goranboyda heyvanlara "toy” çaldırmaq ənənəsi çoxdan mövcuddur.
Bu haqda Modern.az-a hazırda Goranboyda yaşayan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Əhmədov bildirib. O, deyib ki, həmin xoşagəlməz hadisəni gerçəkləşdirən adam da vaxtilə Milli Qəhrəman olub:
"İllər əvvəl Rasim Əkbərov meymunla gənc qızı evləndirmişdi. O hadisənin kasetləri əllərdə gəzirdi. Goranboyda onu çox qınadılar. O vaxt dövlətə qarşı çıxışlar etmişdi, keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdi. Hətta məhkəmədə də ifadəm zamanı bildrimişdim ki, adam nə qədər alçaq olar ki, azərbaycanlı qızı meymunla evləndirsin”.
M.Əhmədov deyib ki, R.Əkbərov 7 il həbs yatandan sonra çıxıb, hazırda rayonda yaşayır.
Xatırladaq ki, Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri R.Əkbərova Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə eks-prezident Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Lakin R. Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. O, həbs ediləndən sonra Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adından məhrum edilib.
R.Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər