BolgeXeber.Com » Ölkə » Ukrayna azərbaycanıları AzTV sədrinə müraciət etdilər: “Müxbiriniz aranı qatır, pulsuz iş görmür”
Ukrayna azərbaycanıları AzTV sədrinə müraciət etdilər: “Müxbiriniz aranı qatır, pulsuz iş görmür”
27-04-2017, 16:08
Oxunub: 3 784
Ukraynada yaşayan bir qrup ziyalı Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova müraciət ediblər
Müracəti müəllifləri AZTV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun hərəkətlərindən şikayətçidirlər. Müraciətdə deyilir:
“Biz Ukraynada yaşayan ziyalılar, elm və iş adamlarını olduqca narahat edən bir məqam var. Bu da sizin rəhbərlik etdiyiniz telekanalın Ukrayna üzrə müxbiri Möhsüm Aslanovla bağlı məqamlardır. Olduqca dar çərçivədə və vur-tut bir nəfərin maraqlarına xidmət edən təmsilçinizin fəaliyyəti Ukraynada böyük narazılığa səbəb olub. Onun bir nəfərin maraqlarına xidmət etməsinin nəticəsidir ki, Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və diaspora təşkilatlarının tədbirləri işıqlandırılmır. Ən azı ona görə ki, Mövsüm Aslanovun öz siyasəti var. Bu da onun maddi maraqları ilə bağlıdır. Onun maraqları təmin olunsa belə, yenə də heç bir ofisi və tərəfdarı olmayan qaranlıq keçmişli Rövşən Tağıyevin təbliğiylə məşğuldur. Bir qədər əvvəl onların sərxoş halda kafedə dava salması nəinki AzTV müxbirinə heç bir azərbaycanlıya yaraşan hərəkət deyildi. Qaranlıq keçmişi olan, qardaşı çirkli pulların yuyulmasına görə hazırda ev dustaqlığındadır, işi məhkəmədədir. Bu qara pullar Mövsüm Aslanovun gözünü bağlayıb”.
Müraciət müəlliflərin dediyinə görə, vəziyyət o həddə çatıb ki, Aslanov diaspora arasında ayrı-seçkilik yaratmaqla bərabər, çox vaxt sizin adınızı da hallandırır. Öz maddi maraqlarını belə AzTV rəhbərliyinə çamur atmaqla əlaqələndir. " Mən Bakıya pul verirəm", "pulsuz heç nəyi çəkə bilmərəm" deyə şanlı telekanala yaraşmayan mesajlar verir.
“Vəziyyət o həddə çatıb ki, artıq onun əməlləri barədə sizə məlumat verməyə məcbur olduq. Biz, bu məktubu imzalayan ziyalılar hərəmiz Ukraynada öz mövqeyi, söz sahibi olan adamlarıq. Əslində, biz Azərbaycan prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək niyyətindəydik. Amma sizin müdrikliyinizə inanıb, ilk öncə sizə üz tutduq. AzTV kimi şanlı tarixi olan bir telekanala başucalığı gətirməyən əməkdaşınızla bağlı tədbir görəcəyinizə inanırıq”.
Müraciət imzalaynların dediyinə görə, bu gün paytaxt Kiyevdə azərbaycanlı iş adamları var ki, AzTV üçün ofis, maşın, ayrıca studiya belə yarada bilər. Maşınla təmin edər. Amma Mövsüm Aslanovun əməlləri buna imkan vermir. Çünki o, hamını milli televiziyamızdan çəkindirib.
Daha sonra Ukrayna azərbaycanlıları Arf Alışanovu Kiyevə dəvət ediblər.
“Ukraynada ən yüksək mövqe tutmuş azərbaycanlılarla görüşə çağırırıq. Gəlin, özünüz şahid olun. Və əsil həqiqətlərin nə olduğunu onlardan eşidin. Mövsüm Aslanovun AzTV adıyla hansı hoqqalardan çıxdığını, Az TV-nin şərəfli missyiasına ləkə olduğunu özünüz görün.
Hörmətlə, Ukraynada yaşayan bir qrup ziyalı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər