BolgeXeber.Com » Ölkə » Bakıda ölən dayısının evindən oğurluq edən qız saxlanılıb – VİDEO

Bakıda ölən dayısının evindən oğurluq edən qız saxlanılıb – VİDEO

28-04-2017, 09:36
Oxunub: 2 465 Bakıda ölən dayısının evindən oğurluq edən qız saxlanılıb – VİDEOBakıda dayısının evindən oğurluq edən gənc qız tutulub

Bolgexeber.com Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Nərimanov rayonu ərazisindəki mənzillərin birində qeydə alınıb.

Paytaxt sakini Lalə İspəndiyarova polisə müraciət edərək, evindən 12500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Oğurluq hadisəsi zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib.

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar.

Məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.

Hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda ölən dayısının evindən oğurluq edən qız saxlanılıb – VİDEO