BolgeXeber.Com » Ölkə » ƏMDK-nin 14 saylı şöbəsinin müdiri haqqında yazılanlar yalan çıxdı!
ƏMDK-nin 14 saylı şöbəsinin müdiri haqqında yazılanlar yalan çıxdı!
10-05-2017, 11:35
Oxunub: 4 579
Dünən bəzi xəbər portallarında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Beyləqan rayon 14 saylı şöbəsinin müdiri Aydın Ramazanovun rayondakı Heydər Əliyev parkının balansına daxil olan torpağı satması ilə bağlı xəbərlər yayılmışdı
"Bolgexeber.com" olaraq yazılanların nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün məsələni araşdırmağa qərar verdik və yazılarda adı keçən Aydın Ramazanov ilə əlaqə saxladıq.
Aydın Ramazanov bildirdi ki, yazılanlar hamısı kökündən yalandır:
"Əvvəla həmin yazının böhtan məqsədilə, araşdırılmadan yazıldığı mənim vəzifəmin yanlış yazılmasından bəlli olur. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Beyləqan rayon 6 saylı Ərazi üzrə İdarəsinin rəisi yox, Beyləqan rayon 14 saylı şöbənin müdiri vəzifəsində çalışıram.
Bundan əlavə, bu, kiçik bir əşya deyil ki, mən onu qanunsuz olaraq satım və heç kəsin bundan xəbəri olmasın. Mən daim vicdanla öz vəzifəmi icra etməyə çalışmışam. Belə özbaşınalığa heç vaxt yol vermərəm. Bütün bunlar böhtandır."- deyə Aydın Ramazanov bildirdi.
Həmin yazılarda həmçinin ƏMDK-nin sədrinin müavini Rafiq Cəlilovun komitəyə göndərilən məktublara laqeyd yanaşdığı qeyd olunmuşdu.
Bununla bağlı olaraq ƏMDK ilə əlaqə saxladıq və ordan bildirdilər ki, komitəyə daxil olan haqlı-haqsız bütün məktublar tərəfimizdən vaxtında araşdırlır və cavablandırlır.
Qeyd etmək lazımdır ki, ƏMDK-nin sədri Kərəm Həsənov rayonlarda qəbul görüşləri keçirən zaman şöbə müdirlərinə sakinlərin problemləri ilə ciddi formada məşğul olmağı tapşırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər