Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”
22-10-2018, 10:43
Oxunub: 6 167
Əflatun Amaşovu görmək seçicilər üçün elə də çətin məsələ deyil
Bolgexeber.com bildirir ki, deputat, həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov daima seçicilərinin problemləri ilə maraqlanır.
Bunu Bolgexeber.com-un elektron poçtuna Azadkənd, Qarayevkənd, Çolpı və Günəşli kəndlərində yaşayan seçicilərdən gələn çoxlu sayda məktublar da təsdiq edir. Bu yaxınlarda da əməkdaşımız Saatlıda olarkən rayon sakinləri bildirdilər ki, Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Əflatun Amaşovun mobil telefon nömrəsi seçicilərin hamısında var və hər bir seçici lazım olanda onunla əlaqə saxlayaraq rahat şəkildə problemləri ilə bağlı ona müraciət edə bilir. Sakinlər bildirirlər ki, Əflatun Amaşov Saatlı rayonunda icra nümayəndələri ilə birgə onlarla tez-tez görüş keçirir, onların problemlərini dinləyir və onların həllində onlara yardımçı olub. Onlar qeyd etdilər ki,Əflatun Amaşovu görmək onlar üçün elə də çətin məsələ deyil.
Hətta bəzən seçicilər deputın səlahiyyətinə birbaşa aid olmayan - tələbələrin,xəstəliklə bağlı,torpaq problemləri ilə müraciət edəndə belə deputat onlara yardımçı olmağa çalışır,həmin məsələləri həlli üçün aidiyyatı orqanlara yönləndirir. Bolgexeber.com-un əməkdaşının bununla bağlı verdiyi suala Əflatun Amaşov cavab verdi ki:”Mən həmişə seçicilərimin yanındayam”.
Xatırladaq ki,bir müddət əvvəl Bölgə TV-nin "Deputat və seçici" adlı rubrikamızın yeni reportajı 62 saylı Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Əflatun Amaşov haqqında olub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər