Dövlət universitetləri təhsil haqqını artırır? – VİDEO
24-05-2017, 13:23
Oxunub: 4 144
Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil haqlarını növbəti tədris ili üçün artırıb
Bakı Dövlət Universiteti, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təhsil haqlarını artıran universitetlər sırasındadırlar.
Bolgexeber.com Xəzər TV-yə istinadən məlumat verir ki, Bakı Dövlət Universitetinin rektor köməkçisi Məzahir Sultanovun sözlərinə görə, universitetin hər il sifariş etdiyi qəbul planı tamamilə dolur.
Buna görə də, yeni tədris ilində təhsil haqlarının endirilməsindən söhbət gedə bilməz. Əksinə bəzi ixtisaslarda təhsil haqları artırılıb. Universitetdə ümumilikdə ixtisasdan asılı olaraq bu il təhsil haqları 1600-2200 manat arasında dəyişir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi ixtisaslarında da növbəti tədris ili üçün təhsil haqları artırılıb. Bu universitetdə isə təhsil haqları ixtisasdan asılı olaraq 1300-1800 manat arasında dəyişir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti və İqtisad və Dillər Universitetində isə təhsil haqları ötən ildə olduğu kimi qalıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər