Karateçilərimizin şərəfinə verilən ziyafətdə şok ölüm - FOTO
25-05-2017, 12:14
Oxunub: 3 354
Ötən gün axşam saatlarında Azərbaycan Milli Karate Federasiyası tərəfindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən karateçilərimizin şərəfinə ziyafət verilib
Bolgexeber.com yenicag.az-a istinadən xəbər verir ki, paytaxtda yerləşən restoranların birində baş tutan əyləncə məclisində üzücü hadisə baş verib.
Əldə etdiyimiz məlumata görə, məclisdə iştirak edən beynəlxalq dərəcəli hakim Yusif Məmmədov anidən yerə yıxılıb. Ona ilkin, daha sonra təcili tibbi yardım göstərilsə də, Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Məlumatı saytımıza açıqlamasında federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov da təsdiqləyib: "Federasiyanın üzvləri ilə İslam Oyunlarındakı qazandığımız nəticələri bayram edirdik. Yusif müəllim hakimlərlə birlikdə çıxış etdi, bir az oynadı. Az sonra isə qəfildən ayaq üstə durduğu yerdə yerə yıxıldı. İlkin yardım göstərdik, süni nəfəs verdik, ürəyini oyatmaq üçün döş qəfəsini massaj etdik, təcili tibbi yardım çağırdıq. Hardasa 25 dəqiqə sonra gəldilər ki, keçinib. İlkin diaqnoz olaraq infarkt dedilər. Rəsmi prosedurlardan sonra əvvəlcə Göy məscidə, daha sonra isə mərhumun evinə yollandıq. 64 yaşı aprel ayında tamam olmuşdu. Sağlamlığından heç şikayəti yox idi. Hacı olduğu üçün spirtli içkilərdən də uzaq durardı. O, 7 beynəlxalq dərəcəli hakimimizdən biri idi. Allah rəhmət eləsin!"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər