Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB
30-05-2017, 10:10
Oxunub: 3 924
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında indiyədək ümumi ictimai ayaqyolu yoxdur
Əsasən rayonlardan da xəstələrin üz tutduğu bu səhiyyə müəssisəsinə gələnlərin bu üzdən çətinlikləri olur. Hurriyyet.org-a daxil olan məlumata görə, hazırda xəstəxananın həyətində ictimai ayaqyolu inşa olunur. Redaksiyamızın e-mailinə göndərilən fotolardan görünür ki, xəstəxananın həyətində tikinti aparılır.
Məlumatda o da bildiriilir ki, baş həkimin təşəbbüsü ilə inşa olunan ayaqyolu xəstəxana şöbələrində həkimlərdən toplanan pul hesabına tikilir. Ayaqyolunun ödənişli olacağı yazılıb.
O məlumatı da əldə etdik ki, bundan əlavə xəstəxananın təmir olunması üçün hər şöbəyə tapşırıq da verilib. Yəni hər şöbə müdiri işçilərindən topladığı pul hesabına rəhbərlik etdiyi şöbəni təmir etdirməlidir.
Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanası ilə əlaqə saxladıq. Qəbul şöbəsindən bizə bildirildi ki, xəstəxananın həyətində tualet inşa olunur. O məqsədlə ki, xəstələr, xəstə yanına gələnlər tualetə ehtiyacları olduqda çətinlik çəkməsinlər. Əsasən rayondan tibb müəssisəsinə gələn insanların bu sarıdan çox əziyyətləri olur. Çünki iş vaxtı bitəndə hər şöbənin qapısı qıfıllanır.
Bəs tualetin ödəniş qiyməti nə qədər olacaq?
Qəbul şöbəsində əyləşən xanım dedi ki, ümumiyyətlə, ictimai ayaqyolunun pullu olub-olmayacağı haqda onda məlumat yoxdur.
Xəstəxana işçilərindən ayaqyolu tikintisi və təmir üçün pul toplanmasına gəlincə, xanım bu barədə də heç bir məlumatının olmadığını dedi: “Bu barədə heç nə bilmirəm. İş günü də deyil. Rəhbərlikdən kimsə yoxdur. Yaxşı olar ki, iş günü əlaqə saxlayasınız”.
Qeyri-iş günü olduğuna görə, Səhiyyə Nazirliyi və xəstəxananın baş həkimilə əlaqə saxlaya bilmədik.
Mövzuya qayıdacağıq.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər