5 ayın gəlini Xəzəl İŞİD-ə qoşulub? – (FOTO, VİDEO)
31-05-2017, 12:24
Oxunub: 4 262
Rusiya vətəndaşı olan azərbaycanlı Əhmədova Xəzəl Fərman qızı Dağıstanda yoxa çıxıb
Oxu.Az-ın məlumatına görə, 23 yaşlı xanım may ayının 8-də itkin düşüb.
Yaxınları onun İŞİD terror qruplaşmasına qoşulmasından şübhələnirlər. Belə ki, kiçik yaşlarından Rusiyada yaşayan X.Əhmədova son illər fanatik dərəcədə dinə meyil göstərməyə başlayıb. Onun Rusiya mühitinə uyğun olmayan tərzdə geyinməsi, yəni qapanması valideynlərini narahat edib və ərə vermək qərarına gəliblər.
Narahatlığa səbəb İŞİD terror qruplaşmasının Rusiyada gəncləri müəyyən vasitələrlə öz torlarına salmasıdır. Hazırda bu qruplaşmaya qoşulmaq üçün ölkəni tərk edən yüzlərlə Rusiya vətəndaşı axtarılır.
Xəzəli qısa müddət ərzində əmisi oğlu ilə nişanlayıb Azərbaycana – ata nənəsinin yanına göndəriblər. 8 dekabr 2016-cı ildə cütlüyün toy mərasimi baş tutub.
Beş ayın gəlini Rusiya vətəndaşı olduğundan yaxın qohumlarının müşayiəti ilə sənəd işlərini səhmana salmaq üçün Dağıstana gedib. Avtovağzalda tualetə getmək adı ilə yanındakı insanlardan ayrılıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının ehtimalına görə, adıçəkilən qruplaşma Xəzəli yenidən öz sıralarına qaytarmaq üçün yollar axtarıb tapıb və sonda buna nail olub.
Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən Əhmədova Xəzəlin valideynləri Xoşqədəm Hidayətqızının “Bizə danış” proqramına da üz tutublar. Qızına qovuşmaq ümidi ilə Saratovdan Bakıya üz tutan ana, dünən efir vasitəsilə qızına müraciət edərək geri qayıtması üçün yalvarıb.
Qeyd edək ki, itkin düşmüş Əhmədova Xəzəl Fərman qızı 05.02.1994-cü il tarixində Naxçıvan MR-da anadan olub. 2 yaşından valideynləri ilə bərabər Rusiyanın Saratov vilayətində yaşayıb.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər