AzTV-nin əməkdaşını avtomobil vurub öldürüb – YENİLƏNİB
1-06-2017, 13:10
Oxunub: 4 536
AzTV-nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi avtomobil ilə vurub öldürən Xamis Ağcayev özü də tanınmış şəxsdir
Bolgexeber.com Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qəzanı törədən X.Ağcayev “SOY” prodakşının rejissor köməkçisidir. O, bundan əvvəl müğənni Sevda Yəhyayeva və Rahidə Baxışovanın prodüseri olub.
“SOY” prodakşının rəhbəri Oqtay Əliyev məlumatı təsdiqləyib. O bildirib ki, X.Ağcayev dünən elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Hadisə dünən axşam saatlarında Parlament prospektində baş verib. İşdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.
31 may, 23:46
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşını avtomobil vurub.
Bolgexeber.com APA-ya istinadən məlumatına görə, hadisə Parlament prospektində baş verib.
Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub.
Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
10:35
Bakının mərkəzində ağır yol qəzası baş verib.
Bolgexeber.com lent.az-a istinadən xəbər verir ki, gecə saat 21:50 radələrində Parlament prospektində “Mercedes C 230” markalı avtomobili yolu keçən 35-40 yaşlı qadını vurub.
Ağır xəsarət alan qadın xəstəxanada vəfat edib.
Araşdırmalar nəticəsində məlum olub ki, ölən qadın 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər