BolgeXeber.Com » Ölkə » “Maşın” şouda daha bir saxtakarlıq - Kənan MM niyə qovulmadı? - FotoFakt
“Maşın” şouda daha bir saxtakarlıq - Kənan MM niyə qovulmadı? - FotoFakt
3-06-2017, 12:43
Oxunub: 4 494
Canlı yayım zamanı Kənan M.M əlini maşından çəkib
A24.Az xəbər verir ki, ötən gün “ATV” telekanalında yayımlanan “Maşın” şounun daha bir buraxılışı geridə qalıb. “Maşın” şounun 14-cü mövsümünün beşinci günündə səsverməyə müğənni Səidə Sultan çıxıb. İfaçı, Pərvin Abıyeva və Kənan MM-i ittiham edərək, onları tribunalara oynamaqda günahlandırıb. Müğənni ən çox “qalsın”a səs toplayaraq, yarışmadan Pərvin Abıyevanı uzaqlaşdırıb.“Mən istəyirəm ki, Pərvin getsin, evdən qardaşına səs göndərsin”.
Qalmaqallarla davam edən şouda daha bir saxtakarlığa yol verilib. “İnstagram”da canlı yayım zamanı kadr arxası həvəskar çəkiliş edilib. Çəkiliş zamanı bütün iştirakçıların əli maşının üzərində olduğu halda rejissor Kənan M.M əlini maşından çəkərək şəkil çəkdirib. Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır. Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər Zahid, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova davam etdirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər