Toğrul yığmadan niyə gedir? – SENSASİON SƏBƏBLƏR
30-06-2017, 10:02
Oxunub: 3 720
Bildirilir ki, 9 ay yaxındır boyun fəqərəsindən əməliyyat edilməli olan Toğrula federasiya tərəfindən “pulumuz yoxdur” cavabı verilib
Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərov Azərbaycan yığmasından imtina edib və Türkmənistan yığmasının heyətində çıxış edəcək. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bolgexeber.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, T.Əsgərovun getməsinin əsas səbəblərindən biri Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərdir.
Bildirilir ki, 9 ay yaxındır boyun fəqərəsindən əməliyyat edilməli olan Toğrula federasiya tərəfindən “pulumuz yoxdur” cavabı verilib. Olimpiya çempionunun yaxın ətrafında gəzən məlumatlara görə isə idmançı ətrafında dopinq məsələsinin ortaya atılması və bu məsələdə onun sıxışdırılması da, Əsgərovun getmək qərarını qətiləşdirib. Güləşçi bu barədə federasiya rəhbərliyinə belə məlumat verməyib.
Ancaq qaydalara əsasən, yerli qurumun icazəsi olmadan o, 2 il ərzində başqa ölkə adı ilə çıxış edə bilməz. Yaxın zamanda AGF rəsmilərinin onunla danışıqlara başlayacağı gözlənilir.
Hazırda müalicə üçün Türkiyədə olan Toğrul Əsgərovun AGF-də yaşadığı problemlər bununla da bitmir. İddiaya görə, sərbəst güləş üzrə milli komandamızın olimpiya oyunlarında nəticə verən bütün üzvləri, eləcə də Toğrul Əsgərov federasiyanın vəd etdiyi mükafatı hələ də ala bilməyib.
Bu azmış kimi, Azərbaycan Güləş Federasiyası 1 ilə yaxındır ki, yığmanın üzvlərinin maaşını ödəmir. Qeyd edilir ki, hətta gənc idmançıların formaları alınmır, xaricdə təlim məşqlərə getməsi üçün maliyyə buraxılmır. Millinin heyətinə qatılan gənc güləşçilər yarışa çıxarkən bir-birlərindən forma alaraq güləşirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər