BolgeXeber.Com » Ölkə » Azərbaycanlı idmançı Livanda dünyasını dəyişdi: meyiti orada qalıb+FOTOLAR
Azərbaycanlı idmançı Livanda dünyasını dəyişdi: meyiti orada qalıb+FOTOLAR
31-08-2017, 10:53
Oxunub: 3 993
Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəzaya uğrayaraq dünyasını dəyişib
AFN xəbər verir ki, bu barədə gənc idmançının dostları məlumat veriblər. İdmanın güləş (MMA) növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Livanın Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib. Belə ki, dostlarının verdiyi məlumata görə, nə hadisə baş verən ölkə, nə də Azərbaycanın oradakı diplomatik nümayəndəliyi məsələyə ciddi yanaşmır: "Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər".
Qeyd edək ki, X.Əliyev Naxçıvanın Şərur rayonundandır. Onun Ordubadda internatda böyüdüyü bildirilir. Dostları onu yaxşı insan kimi xarakterizə edirlər, öz zəhməti hesabına peşəkar idmançı səviyyəsinə qalxdığını deyirlər.
Allah rəhmət eləsin!
Mövzunu diqqətdə saxlayacağıq.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər