BolgeXeber.Com » Ölkə » Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız - FOTO
Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız - FOTO
13-09-2017, 13:49
Oxunub: 5 011
Bakıdan ölkənin digər bölgələrinə yaxınlarının övladları ilə getmək istəyən sərnişinlər gözləmədiyi problemlə üzləşiblər
Bu barədə BAKU.WS-ə sərnişinlər məlumat veriblər.
Onların sözlərinə görə, valideyn övladını nənəsi ilə rayona göndərirsə, ata və ya ana bununla bağlı etibarnamə sənədi hazırlamalıdır.
Yəni, nənə və ya baba nəvəsi ilə Qazaxa getmək istəyirsə, əvvəlcə notariusa müraciət edərək uşağı aparmaq üçün valideynin icazəsi ilə bağlı sənəd almalıdır. Daha sonra həmin sənədlə bilet almaq üçün kassaya müraciət edə bilər.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Sevinc Qədirova BAKU.WS-ə faktı təsdiqlədi və bildirdi ki, bu qayda bir neçə gündür ki, tətbiq edilib.
"Hər iki valideynin icazəsi ilə bağlı sənədin tələb edilməsinin səbəbi budur ki, son vaxtlar ölkədə boşanmaların, cinayət hadisələrinin sayı artıb. Bu qayda uşaq oğurluğunun və digər xoşagəlməz halların qarşısını almaq üçün tətbiq edilib. İcazə sənədi 10 yaşa qədər olan uşaqlara görə nəzərdə tutulub”, - deyə Sevin Qədirova bildirdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər