BolgeXeber.Com » Ölkə » Məhərrəm ayında toy etmək olarmı? - VİDEO

Məhərrəm ayında toy etmək olarmı? - VİDEO

21-09-2017, 10:42
Oxunub: 2 621 Məhərrəm ayında toy etmək olarmı? - VİDEOQızıl bazarında durğunluq yaşanır. Bu, adətən toyların az olduğu və ya ümumiyyətlə olmadığı aylarda müşahidə edilən bir vəziyyətdir.

Satıcılar deyirlər ki, hər il Məhərrəmlikdə alıcı qıtlığı yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, iki gün sonra Məhərrəm ayı başlayır. Sentyabr ayının 22-dən etibarən artıq ölkədə toy edən olmayacaq. Maraqlıdır, bəs görəsən Məhərrəm ayında niyə şənlik eləmək olmaz?

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, əslində Məhərrəm ayı da adi aylardan biridir. Lakin bu ayda baş verən tarixi hadisələr insanların Məhərrəmliyə olan baxışını dəyişib.


İlahiyyatçi onu da söylədi ki, Qurani-Kərimdə hansısa ayda toy etməyin qadağan olması barədə bir hökm yoxdur.