"«Qaçqınkom» sədri özü də gəldi, bizimlə görüşdü..." - GİLEY
26-09-2017, 11:16
Oxunub: 3 258
Köçkün deyir, eyvanların qarşısından yüksəkgərginlikli cərəyan kabelləri keçir, binadakı uşaqların həyatı təhlükədədir
«3 ay əvvəl burda böyük yanğın oldu, 10-dan çox ailə köçürüldü. «Qaçqınkom» sədri özü də gəldi, bizimlə görüşdü, dərdimizi dedik, çarə istədik, söz verdi ki, tezliklə köçürüləcəyik. Srağagün yenə yanğın oldu. Biz bunları yaşamağa məhkumuqmu?». DİA.AZ bildirir ki, Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanadakı növbəti yanğın köçkünləri dilə gətirib.
Köçkün Nailə Cabbarova sentyabrın 22-də baş vermiş yanğına görə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsini (Qaçqınkom) günahlandırır. O bildirir ki, qurum vaxtında tədbir görüb onları qəzalı binadan köçürsəydi, növbəti faciələri yaşamazdılar: «Bu dəfə yanğın 3-cü mərtəbədə oldu. Ortada bir yanğınsöndürən də zəhərləndi. Niyə göz görə-görə qırırlar camaatın övladlarını? Axı, iyunda yanğın olanda, o boyda qurumun rəhbəri gəlib burda söz verdi. Köçkünlərin problemləri ilə məşğul olmalı bir dövlət qurumunun rəhbəri də köçkünü aldadırsa, o köçkün kimə inansın?.. Bilirsiz nə vəziyyətdə yaşayırıq? Günaşırı qısaqapanma olur. Hamam, tualet, mətbəx yox, 10 kvadratmetrlik otaqlarda camaat üst-üstə qalanıb yatır. Arvad uşağa qarışıb, uşaq böyüyə...».
Köçkün deyir, eyvanların qarşısından yüksəkgərginlikli cərəyan kabelləri keçir, binadakı uşaqların həyatı təhlükədədir.
Beşmərtəbəli binanın hər mərtəbəsində 18 ailə, hər ailədə azı beş nəfər var. Bu ailələr 25 ildir ki, şəraitsiz, darısqal otaq və dəhlizlərdə əziyyət çəkdiklərini və belə yaşamaqdan yorulduqlarını dilə gətirirlər.
Binada əvvəllər də dəfələrlə yanğın olub. Bu il iyunun 7-də isə binanın böyük hissəsi yanıb. Azı 10 ailə təxliyə edilib. Yanğın söndürüldükdən sonra əraziyə «Qaçqınkom» sədri Əli Həsənov gəlib və binanın təmiri ilə bağlı tapşırıqlarını verib. Köçkünlərəsə tezliklə problemlərin aradan qaldırılacağını vəd edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər