“Qəhrəman Tərtər”in təqdimatı olub-FOTO
29-09-2017, 09:40
Oxunub: 3 880
Tərtər rayon Mədəniyyət Mərkəzində “Dünya” Müstəqil Televiziya Şirkəti tərəfindən Tərtər oğullarının Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Qəhrəman Tərtər” filminin təqdimatı olub
Bolgexeber.com xəbər verir ki,təqdimatda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra filmin rejissoru və ssenari müəllifi Elşən Qəniyev film haqqında məlumat verib.
Filmin təqdimatından sonra ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, “Dünya” Müstəqil Televiziya şirkətinin prezidenti Ramiz Hüseynov, əməkdar artist Azad Şükürov çıxış edərək Tərtərli gənclərin vaxtı ilə Tərtər özünümüdafiə bataliyonunda vuruşmuş ata və babalarının qəhrəmanlıq və döyüş sücaətinə sadiq olduqlarını, bunu aprel döyüşlərində bir daha sübut etdiklərini vurğulayıb, filmin çəkilişi üçün göstərdiyi dəstəyə görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tərtərlilərin respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirib ki, tərtərlilər bu gün də düşmənin cəbhədə törətdikləri təxribatlara, yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, öz doğma torpaqlarını mətinliklə müdafiə edirlər.
Rayon rəhbəri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında filmin əhəmiyyətini yüksək qiymətləndirib, ekran əsərinin ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirərək “Dünya” Müstəqil Televiziya şirkətinin prezidenti Ramiz Hüseynova xatirə hədiyyəsi təqdim edib.






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər