Yetkinlik yaşına çatmayanlarla bağlı tədbirlər keçirilib
30-09-2017, 16:52
Oxunub: 4 247
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri keçirilir
Növbəti belə tədbirlər sentyabrın 27-28-də Biləsuvar rayonunda və Şirvan şəhərindəki orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.
Hər iki tədbiri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov açaraq toplantının məqsədini və müzakirə ediləcək mövzuları elan edib, “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” mövzusunda çıxışlar edib.
Toplantılarda polis şöbələrinin rəisləri ”Yetkinlik yaşına çatmayanların cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, xəstəxanaların narkoloq-həkimləri yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, VVAQ şöbəsinin müdirləri “Erkən nikahların fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında, həmçinin rayon icra hakimiyyəti başçlarının müavinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların, təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, pedaqoji heyət, psixoloqlar mövzular ətrafında çıxışlar ediblər.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı videoçarx nümayiş etdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər