BolgeXeber.Com » Ölkə » Füzulidə ehsan süfrələri: - Sadə, israfsız, islami qaydalara uyğun
Füzulidə ehsan süfrələri: - Sadə, israfsız, islami qaydalara uyğun
3-10-2017, 10:54
Oxunub: 3 887
2014-cü ildən etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir
Artıq dörd ildir rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Son dörd il ərzində yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Bu məqsədlə rayonun din xadimləri, ağsaqqallar, ziyalılar ərazidə ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ilə bağlı insanlar arasında dini maarifləndirmə işləri aparır, yas mərasimləri ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə izah edir, əhali arasında dini təbliğat işləri aparırlar. Mərhum üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyəti insanlara çatdırılır, ehsanın sadəcə yeməkdən ibarət olmadığı, ehsanın mərhumun ruhu naminə görülən xeyir əməlləri ehtiva etdiyi bildirilir.
Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, əgər əvvəllər rayonda yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla yola vermək olur. Son 4 ildə rayonda keçirilən yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilir. Nəticədə orta hesabla rayonda 4,5-5 milyon manat vəsaitə qənaət olunub ki, həmin vəsaiti də vətəndaşlar digər sosial problemlərinə sərf ediblər. Rayonda keçirilən yas mərasimlərinin sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilməsi ilə insanlara əvvəlki kimi maddi zərər dəymir, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn olunması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işləri də yerinə yetirirlər.
Son 4 ildə rayonda keçirilən 1000-ə yaxın yas mərasimləri sadə islami qaydalara uyğun və israfçılıqdan kənar təşkil edilmişdir.






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər