Bəzi orta məktəblərdə dərs bölgüsü düzgün aparılmır - VİDEO
18-10-2017, 09:56
Oxunub: 3 472
Bəzi orta məktəblərdə dərs bölgüsü düzgün aparılmır
Xezerxeber.az-ın məlumatına görə, eyni günə bir neçə dəqiq fənn salınır, yaxud nisbətən ağır fənlər sonuncu saatlara təyin edilir.
Orta ümumtəhsil müəssisələrinin əksəriyyətində cədvəl hazırlanarkən şagirdin dərs yükü nəzərə alınmır. Eyni günə bir neçə dəqiq və ağır fənnin salınması şagirdlərin həmin fənnləri qavramasını çətinləşdirir.
Fənlərin cədvəl üzrə yeri də düzgün təyin edilmir. Bəzi məktəblərdə qəbul imtahanlarında bütün qruplarda yer alan Azərbaycan dili fənni sonuncu, zehni əziyyət tələb etməyən idman dərsi isə ilk saatlara salınır.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, dərs cədvəlləri təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilir və nazirlik bu işə qarışmır. Əgər kimsə dərs bölgüsündən və fənlərin cədvəl üzrə yerləşdirilməsindən narazıdırsa, məktəb rəhbərliyinə müraciət edə bilər. Cədvəlin dəyişdirilib-dəyişdirilməməsi isə yenə də həmin təhsil müəssisəsinin rəhbərliyinin səlahiyyətindədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər