Arxiv sənədlərindən çıxarışlara görə də rüsum ödəniləcək
25-11-2017, 10:31
Oxunub: 3 284
Azərbaycanda arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunub
Bolgexeber.com-un Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunur.
Qanuna təklif olunan 33-3-cü maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətləri 3 iş günü müddətində verildikdə 20 manat, 7 iş günü müddətində verildikdə 10 manat, fiziki şəxslərə isə 3 iş günü müddətində verildikdə 10 manat, 7 iş günü müddətində verildikdə 5 manat dövlət rüsumu tutulacaq.
33-4-cü maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu nəzərdə tutulmur.
"Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb.
Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Təsdiq ediləcəyi təqdirdə 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Çox Oxunanlar
- 18-01-2025, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər
- 1-02-2025, 17:22 : ABŞ paytaxtını siçovullar basdı
Dünya / Xəbərlər
- 8-02-2025, 17:31 : Təyyarə qəzası zamanı həlak olanlara ev veriləcək?
Xəbərlər / Ölkə
- 25-01-2025, 16:57 : Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Dünya / Xəbərlər
- 24-01-2025, 17:54 : İstanbulda daha bir güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 15-01-2025, 17:57 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 13-01-2025, 16:07 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Gülgəzli kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 15-01-2025, 14:13 : Ronaldo bu klubun şərikli sahibi olacaq
İdman
- 15-01-2025, 16:49 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib
Bölgə / Xəbərlər
- 21-01-2025, 17:54 : Əli Əsədov Cövdət Yılmaza başsağlığı verdi
Siyasət / Xəbərlər