Ana ölümünün məsuliyyətini həkim daşıyacaq
19-12-2017, 16:49
Oxunub: 2 279
Bundan sonra tibb müəssisənin müdiriyyəti və müalicə həkimi ana və körpəsinin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar
Axar.az xəbər verir ki, bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib. Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihəsində qadınların reproduktiv sağlamlığının qorunması məqsədi ilə bir neçə tədbir həyata keçiriləcək.
Qanuna görə, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına və körpəsinə tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyinin təmin edilməlidir, tibb müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşımalıdır.
Anaların və yenidoğulmuşların sağlamlığının qorunması, ana və uşaq xəstəliklərinin və ölüm hallarının azaldılması üzrə kompleks tədbirlər həyata keçirilməlidir.
Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardımın bütün növləri ilə (o cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) zəmanət verilmiş həcmdə pulsuz təmin olunmalıdır.
Həmçinin, qadınların reproduktiv sağlamlığı sisteminin xəstəliklərinin, o cümlədən süd vəzilərinin və uşaqlıq boynunun xərçənginin aşkarlanması və müalicəsi məqsədilə mütləq profilaktik tibbi (ilkin və vaxtaşırı) müayinələri aparılmalıdır.
Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihəsi barədə danışan ekspert Adil Qeybulla bildirib ki, qanun layihəsinin qəbul olunması zəruridir.
Onun söslərinə görə, reproduktiv sağlamlıq anlayışı Azərbaycan əhalisi üçün yeni olduğundan, bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: “Əhalinin reproduktiv sağlamlığının təmin olunması üçün bu qanunun qəbulu vacibdir. Bu sənəd həm də demoqrafik balansın qorunması baxımından zəruridir. Hazırda biz müşahidə edirik ki, ölkədə doğulan uşaqlar arasında oğlanların sayı qızlardan çoxluq təşkil edir. Təbii ki, bunun səbəbi valideynlərə ultrasəs müayinəsi zamanı uşağın cinsiyyətinin açıqlanmasıdır. Sözügedən sənəd isə bununla bağlı bəzi qadağalar nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, sağlam cəmiyyət istəyiriksə, əhalinin reproduktiv sağlamlığını yüksək səviyyədə təmin etməliyik”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər