"Qaçqınkom" 20 ildir kirayədə yaşayan aprel qazisinə ev vermir
26-01-2018, 15:39
Oxunub: 5 109
Aprel döyüşlərində yaralanan müharibə veteranının evsizliklə bağlı şikayətinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müsbət cavab verilməyib
Bolgexeber.com panorama.az-a istinadən xəbər verir ki, aprel döyüşlərində yaralanan, 20 ildən çoxdur kirayədə yaşayan, atası 1-ci Qarabağ döyüşlərində vuruşan müharibə veteranı Əli Quliyevin evlə bağlı şikayətinə "Qaçqınkom" tərəfindən, hazırda komitənin balansında Bakı və Sumqayıt şəhərlərində ev Bakı ətrafı rayonlarda boş mənzil fondu olmadığı əsas gətirilərək, evlə təmin olunmanın imkan xaricində olduğu bildirilib.
Komitə tərəfindən şikayətçi Əli Quliyevə verilən rəsmi cavab məktubunu olduğu kimi təqdim edirik:
Qeyd edək ki, Sumaqayıt şəhəri 18 mkr. bina 29-da yaşayan hərbi veteran Quliyev Əli Cavanşir oğlu işsizlikdən, DSMF tərəfindən ayrılmış vəsaitin azlığından və 20 ildən çoxdur kirayədə yaşadıqlarından şikayətçidir. Üstəlik məcburi köçkün olan bu ailə hələ də qaçqınlar üçün tikilən binalarda ev ala bilmir. Ə.Quliyevin ailəsi Zəngilan rayonundan məcburi köçkün düşüb. 2016-cı il aprel döyüşündə iştirak edən Əli ağır kəllə-beyin travması alıb. Bütün bunlara baxmayaraq aidiyyatı qurumlardan yardım ala bilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər